525.Az

Ramil Usubov hospital rəisini işdən çıxardı


 

Ramil Usubov hospital rəisini işdən çıxardı<b style="color:red"></b> Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsindən azad olunub.

525.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə hospitalın rəisi Aydın Əsədov yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Hazırda nazirliyin hospitalında Aydın Əsədovun vəzifəsini rəis müavini Ramiz Əkbərov əvəz edir. Hələ ki, rəis vəzifəsinə yeni təyinat olmayıb. Məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqlənib.
 





21.01.2014    çap et  çap et