525.Az

Hava necə olacaq?


 

Hava necə olacaq?<b style="color:red"></b>

Azərbaycan paytaxtı Bakı şəhərində və rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti yaxın 2 gün ərzində də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, yaxın 2 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, tutqun və arabir yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.
 
Qeyd edək ki, yanvarın 20-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir, temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə düşüb.

 





21.01.2014    çap et  çap et