525.Az

Con F.Kennedi: Mərdliyin profilləri (davamı)


 

Con F.Kennedi: Mərdliyin profilləri <b style="color:red">(davamı)</b>

İngiliscədən Telman Orucov tərcümə edib   

 

FederalistRepertoryqəzeti sədaqətlə xəbərdar edirdi ki, bu mitinqəməlin nizamsız səs-küylü obrazındanbaşqa bir şeyi təmsil etmir. Ora heç bir düzgün şərəfli adamgəlməyəcəkdir”. Lakin Con Kvinsi Adams gəldi baxmayaraq ki, sakitləşdirici kimi xidmət etməkdən imtina etmişdi, o, heç nəyə məhəl qoymadan qrupun mübarizə qətnaməsini hazırladı, bu Prezidentin üzərinə iştirak edənlərin həyatları taleləri üçünistənilən, ancaq cidditədbirləri dəstəkləmək vəzifəsini qoyurdu.

 

Bu vaxt Federalistlər qəzəblənmişdilər, buna baxmayaraq, onlar tələsik qaydada rəsmi şəhər mitinqi keçirdilər. İkiüzlü qaydada həm Prezidenti dəstəkləməkləri barədə vəd verdilər, bəyan etdilər ki, Con Kvinsi Adams açıq şəkildə respublikaçıların mitinqinə qatıldığına digər səbəblər üzündəndönüklüyünə görə öz boynunun vurulmasına...” gəlib çıxacaqdır, “ artıq partiya ilə hansısa bir əlaqəyə ümid bəsləyə bilməz”. Sonralar Senatorun izah etdiyi kimi, bu elə bir epizod idi ki, “həmin gündən əbədi olaraq məni Federalist partiyasının şurasından uzaqlaşdırmışdı”.

 

1807-ci ilin 18 sentyabrında Cefferson Konqressi britaniyalılara qarşı, bütün gələcək beynəlxalq ticarəti effektiv qaydada dağıdan embarqonu tətbiq etmək kimi cavab verməklə, bu tədbir millətin aparıcı kommersiya ştatı olan Massaçusets üçün açıq şəkildə dağıdıcı xarakter daşıdı, – bu, Massaçusetsdən olan Con Kvinsi Adams idi ki, Senat zalında ayağa qalxıb seçilmiş komitəyə ünvanlanan müraciətlə çıxış etdi; o, komitənin sədri seçildi; Embarqo qanununun layihəsinin Britaniya gəmilərinin amerikan sularına girməsinin qarşısını almaq barədə onun özünün irəli sürdüyü qanun layihəsinin hər ikisi haqqında məlumat verdi.

 

Bu tədbir sənə mənə bizim yerlərimiz hesabına başa gələcəkdirdeyə gənc Adams öz kolleqasına xəbərdarlıq etdi, seçilmiş komitə öz işini yekunlaşdırdı onun üzvləri Senatın zalına yollandılar, “lakin özəl mənafe ictimai faydaya əks qaydada qoyulmalı idi”.

 

Onun sözləri səhvsiz olaraq, peyğəmbərcəsinə deyilmiş sözlər idi. Onun köməyi ilə Embarqo Billi (qanun layihəsitərcüməçi) qanuna çevrildikdən sonra Massaçusetsdə Boston Çay partiyası (1773- ildə Amerikan İnqilabı ərəfəsində Britaniyanın birbaşa vergi qoyması cəhdlərinə müqavimətin kulminasiya nöqtəsində yaranmışdı, bu vaxt Mohauk hinduları kimi maskalanmış işləyən adamlar 342 yeşik gömrükdən keçmiş çayı dənizə tökmüşdülər. Digər limanlar çay gəmilərinin onlara daxil olmasından imtina etmişdilər. Bostonluların çayı dənizə tökməsi tarixdəBoston çay dəstgahıkimi məşhurdurtərcüməçi) günlərini xatırladan etiraz tufanı qalxdı. Ştatda amerikan ticarət donanmasının əsas hissəsi praktiki olaraq bütün gəmiqayırma balıq ovu sənayesi yerləşirdi. Embarqo gəmiqayırma sənayesini bütünlüklə bekar qoydu, gəmi ticarətini dağıtdı balıq ovu gəmilərini sahilə bağladı. Ərazidə durğunluq, iflasa uğrama, dərd oradan əhalinin çıxıb getməsi ümumi hala çevrildi. tacirləri, dənizçiləri inandırmaq mümkün deyildi ki, bu akt onların xeyiri üçündür. Hətta Yeni İngiltərədən olan fermerlər öz mallarının bazarda qalıb satılmadığını gördülər, onların ixrac üçün olan çıxış yolları isə bağlanmışdı.

 

Federalist liderlər təkid edirdilər ki, bu, Ceffersonun Yeni İngiltərənin inkişafını məhv etmək, İngiltərəni müharibəyə təhrik etmək fransızlara kömək etmək cəhdi idi. Hətta Yeni İngiltərə Respublikaçılarının Prezident qanun layihəsini müdafiə etməkdən imtina etmələrinə baxmayaraq, Federalist partiyası nəticə üzrə ağır hesab aparsa da, Massaçusets Qanunvericiliyinin hər iki palatasındakı hakimiyyətə zəfər qaydasında qayıtmışdı.

 

Ceffersona onun Embarqosuna Federalistlərin böyük nifrət bəsləməsinə baxmayaraq, Massaçusets Federalistləri, tacirləri digər vətəndaşlar öz Senatorunun fərariliyinə hətta daha acı şəkildə yanaşaraq, onu düşmən dərəcəsinə endirmişdilər. NortamptonunHampshire Gazette”-si onazibil yığan partiyadeyə fınxırırdı, yazırdı ki, “həm quruda, həm suda yaşayan ambitsiyalı siyasətçilərdən biri olmaqla, hərdən bir hər ikisində sığınacaq tapır, lakin axırda palçıq içərisində məskunlaşır”. Salem şəhərininGazetteadlı gündəlik mətbuatı deyirdi ki, Adamsüstün gələn partiyada özünə rəğbət arayan... populyarlıq axtarandır Bonopartist Senatorlardanbiridir. Qrinfild şəhərGazette”-si onuatasının şəxsiyyətinin qatilləri ilə birləşmişdönük adlandırmışdı. Bostonda onun özünün sosial dairəsivarlılar, mədəni nüfuzlu adamlarhamı ona qarşı durdu. “Mən reneqatla eyni masa arxasında otura bilmərəmdeyə, Bostonun aparıcı vətəndaşlarından biri Adamsın da getməli olduğu bir naharda iştirak etməkdən imtina etməsi ilə cavab vermişdi. aparıcı bir Federalist Vaşinqton partiyasının dəyanətli üzvlərinə şən bir şəkildə yazırdı: “O, adəti saatda Ştat küçəsində gəzir, lakin daim naməlum adam kimi görünür”.

 

Con Kvinsi Adams tək idilakin tam tənha deyildi. “Mən öz dostlarımı Bostonda ştat qanunvericiliyində tamamilə tərk etdim” – deyə, o, anasına yazırdı. “Mən heç vaxt qənaətləndirici qaydada ilahi qüvvəyə minnətdar olmamışam ki, atam anam bu ümumi tərk edilmə hərəkətinə qoşulmadılar”. Doğma ştatındakı rəhmdillikdən kənar olan təhqir ilk dəfə onun üstünə töküləndə, Con Kvinsi yenidən atasına tərəf döndü ona öz hisslərini bütünlüklə axıtdı. atası oğlunun situasiyasınınaydın, göz qabağında olan aşkarolduğu cavabını verdi.

 

Sənə heç bir partiya dəstək vermədi; sən o qədər şərəfli ürəyə, o qədər müstəqil ağıla o qədər parlaq istedadlara maliksən ki, partiya maksimalarının ya partiya hissiyyatının ağalığı altında olan istənilən adama səmimi etibarlı qaydada inanırsan... Sən öz taleyinin qərara aldığından asılı ola bilərsən... Sən bunu bilməyə gözləməyə borclusan buna görə peşiman olmaq lazım deyildir. Sənə məsləhətim ondan ibarətdir ki, olduğun xətlə möhkəm qaydada gedəsən, özü mülayimliklə ehtiyatla, çünki düşünürəm ki, bu, ədalət yoludur”.

 

Lakin bütün Adams ailəsi oğullarının mərdlik hərəkətinə görə eks-Prezidentin keçmiş tərəfdarlarının gözündə lənətlənirdi. “Onun (Con Adamsın) dönüklüyü artıq kiminsə şübhə etmədiyi bir məsələdir” – deyə Nyu-Yorkdan olan Nümayəndələr Palatasının üzvü Qardiner qışqırırdı. “Mən Allahdan arzu edirəm ki, Breyntrinin kübar evi lap 20 il əvvəldən deşiyə, özü dərin deşiyə qoyulaydı”. Lakin ata oğul, Adamslar birlikdə dayanırdılar. Atası yazırdı: “Parton səni federalist olmayan kimi məhkum etdi mən arzu edirəm ki, məni eyni qaydada məhkum etsin, çünki uzaq olan o vaxtdan üz döndərmişəm, istefa vermişəm, adım şəxsiyyətim indi üzə çıxan sektanın atributlarından imtina etmişdir”.

 

Öz atasının dəstəyi iləatasını məğlub edən Prezidentlə birgə mübarizədə dayananCon Kvinsi Adams puritan əcdadlarına məxsus olan dönməzliyi zəif olmamağı saxlayırdı. Bostonda siyasi cəhətdən şüura malik olan moizəçi ona müraciət etdikdə, bu adam öz baxışlarınıkobud ədəbsizqaydada yağdıranda; “mən ona dedim ki, ümid edirəm ki, onun yaşında olanda yalnız bunu qeyd edəcəyəm ki, ondan öyrənilməli bir dərsə malik idibu da xristian rəhmdilliyi idi”. Kolleqası Pikkerinq onu Qanunvericiliyə yazdığı açıq məktubda məhkum edəndə, bu məktub bütün Massaçusetsdə on minlərlə nüsxə şəklində yayılmışdı, o, buna məharətli bir cavab yazdıFederalist partiyanı sektsiyaçı, dəbdən düşmüş qeyri-vətənpərvər kimi tənqid etdi; təkid etdi ki, müharibənin sülhün həlledici məsələləri heç vaxtcoğrafi mövqe, əvvəlcədən partiya inamı ya professional məşğuliyyət əsasında həll edilə bilməyəcəkdir Pikkerinqinminlərlə hərb gəmisi olan Böyük Britaniya bizim kommersiyamızı dağıda bilsə belə, real olaraq bizə heç bir xətər toxundurmayacaqdırkimi kölə xidmətinə bənzər bəyanatına görə tufan qaldırdı.

 

1808-ci il martın sonunda keçirilən Federalist QanunvericilikMassaçusetsin Respublikaçı qubernatorunun Ceffersona yazdığı kimi, – birprinsipial məsələniCon Kvinsi Adamsı siyasi hətta şəxsi məhv etmə qaydasındamüzakirə etmək üçün yığışdı. Hər iki palata tezliklə təşkil edən tək, Qanunvericilik ləngimədən Adamsın varisini seçdionun müddətinin başa çatmasına isə hələ doqquz ay qalırdı! Bu işin davamı kimi, Qanunvericilik tezliklə Senatorlara Embarqonun ləğv edilməsi uğrunda çalışmaq barədə təlimat verən qətnamələr qəbul etdi.

 

Adams belə bir fikrə gəldi ki, “Yalnız məni xüsusilə qeyd etmək məqsədilə, seçki ləğv edildi. Nizamlı qaydaya görə Qanunvericiliyin qış sessiyasına qədər onlar bunu etməməli idilər”.

 

o, hiss etdi ki, qətnamələrSenatorların üzərinə davranış qaydası qoymaqla”, istifadə edilir, buna isə mənim mühakiməm, ruhum dözə bilməzdi”.

 

Yalnız bir xətt ona vicdanlı qaydada açıq idionun atasını prezidentlikdən qovan adamın siyasətini müdafiə etdiyinə görə Senatdakı yerindən istefa verdi.

 

O, yazırdı ki, “haqq barədə mənim düşüncəmin yeganə müstəsna nəzarəti altında agentliyin ən dəqiq azadlığı olmadanöz yerini saxlamasısualdan kənarbir şey idi.

 

Mən ancaq onu əlavə edə bilərəm ki, bu hərəkətlərin hər biri onlar üçün əzab çəkdiyimə peşiman olmaqdan çox uzaqdır, mən onları yenə edəcəyəm, bu qədər çox böhtanın, qeyri-populyarlığın yerimdən uzaqlaşdırılmağımın on dəfələrlə risqinə getsəm , onlar indi edilməlidir”.

 

Lakin Ceffersonun xarici siyasətini xilas etmək üçün Senatda onun özünün səs verməsi vacib idi, Adams belə həlledici vaxtda onun gəlməsini tənqid edənlərə yazırdı ki, o vaxtmən öz seçicilərimin nüfuzuna yüksək dərəcədə onların bəyan edilmiş iradələrinə müqavimət qədəhinə olan kimi çox acı şəkildə yanaşdım... Mən onların maraqlarını, nifrətlərinin üstünə gələn əlavələrə qarşı, onları öz inciklik vassalığından xilas etmək üçün müdafiə edirdim”.

 

Federalistlər tərəfindən nifrət edilən, respublikaçıların şübhələndiyi Con Kvinsi Adams özəl həyata qayıtdı. Onun ulduzu tezliklə yenidən parladı; lakin o, heç vaxt bu hadisəni yaddan çıxarmadı ya öz vicdan mərdliyini tərk etmədi (Belə bir rəvayət vardır ki, Adamsın Prezident kimi siyasi cəhətdən müstəqil müddəti ərzində Prezidentin dediyio, düşmənlərinin qarışıqlığına zərbə vura bilərsağlığına Deniel Uebster soyuqqanlı qaydada şərh vermişdi: “O, artıq öz dostlarına etdiyi kimi”). 1829-cu ildə Evdən istirahətə yollandıqdan az sonra o, Plimut mahalının seçicilərindən xahiş etdi ki, Konqressdə onları təmsil etməyə razılıq versinlər. Öz ailəsinin dostlarının məsləhətlərinə, atasının tərcümeyi-halını yazmaqla məşğul olmaq barədəki arzusuna məhəl qoymayaraq, əgər seçilsə, o, bu vəzifəni qəbul etməyə razılıq verdi. Lakin o, dəqiq müəyyən etdi ki, birincisi, o, özünü heç vaxt namizəd göstərməyi gözləməyəcəkdir ikincisi, o, Konqressdə partiyasından onu seçmiş əhalidən asılı olmayan bir xətti aparacaqdır. Bu əsasda Adams çox artıq səslə seçildi Nümayəndələr Palatasında ölənə qədər xidmət etdi. Burada öz tarixinin güman ki, ən parlaq fəslini yazdı. “Bəlağətli nitq söyləyən Qoca adamkimi o, özünün gözəl nüfuzunu yorulmaq bilməyən enerjisini quldarlığa qarşı mübarizəyə həsr etdi.

 

Konqressdə öz müstəqil müstəvisinə qayıtmaq üçün, hansı ki, ondan iyirmi iki il əvvəl elə biabırçılıqla uzaqlaşdırılmışdı, bir igid eks-Senator təcrübəsi ilə dərindən düşünməklə hərəkət edirdi. O, öz gündəliyində iftixarla qeyd edirdi ki, “Mən İyirmi İkinci Konqressin seçilmiş üzvüyəm. Heç bir seçki ya təyinat mənə çox həzz versə , mükafata çevrilməyəcəkdir. Mənim Birləşmiş Ştatların Prezidenti seçilməyim ürəyinin dərinində olanı mükafatlandıranın heç yarısı da deyildir”.

 

   (Ardı var)

 

 





21.01.2014    çap et  çap et