525.Az

Təbiət də gələcək qalibləri himayə edir (davamı)


 

Təbiət də gələcək qalibləri himayə edir <b style="color:red">(davamı)</b>

Napoleonun parlaq qələbələri artıq arxada qalmışdı, Rusiya yürüşü ona əlavə şərəf gətirməkdən çox uzaq idi, əslində isə onun sərkərdəlik qabiliyyəti barədə şübhələrin artmasına səbəb olmuşdu. 1812-ci il fransız-rus müharibəsinin başlıca səbəbi çarın İngiltərəyə qarşı blokadanı dəstəkləməkdən imtina etməsi idi, çünki belə hərəkət Tilzit Erfrut müqavilələrinə zidd idi. Açıq elan edilməsə , Napoleon siyasətinin əsas məqsədi Fransa başda olmaqla Avropanı bir geniş dövlətlər federasiyasında birləşdirmək idi. Üstəlik, o, hesab edirdi ki, Britaniyanın blokadasının genişləndirilməsi onun qüdrətinin bir növ nümayişi olacaqdır bundan hansısa bir kənarlaşma buna müqavimət göstərmək eyni qaydada zəiflik nişanəsi hesab ediləcəkdir. Çar isə blokadadan geri çəkilməyində özünün bərabər qaydada olan səbəblərinə malik idi, çünki onun bu hərəkəti Rusiyanın iqtisadiyyatına kommersiyasına xidmət edirdi. Həm o, Polşanın Böyük Hersoquna olan fransız təsirini zəiflətməyə cəhd edirdi, polyak hökmdarlarına öz suzerenliyini təklif edirdi, onlar isə bütün ümidlərini öz ölkələrinin yenidən birləşməsinə bağlayırdılar. Digər xarici siyasət məsələlərinin buna əlavə olunması nəzərə alındıqda, çar üçün bunlar heç az əhəmiyyət daşımırdı.

Napoleon hansı səbəblərin təsiri altında olsa da, Rusiya müdaxiləsini öz hiddətinə qəzəbinə tabe etməsi, heç onun kimi müdrik sərkərdənin dövlət xadiminin geniş dühasına uyğun gəlmirdi.

Təbiət çox vaxt özünəməxsus olan hadisələri ilə qızışmış başları sakitləşdirməyə çalışır, döyüşü başlamağın asan, qurtarmağın çətin olduğunu yada salır, başqalarının torpaqlarını işğal iştahı ilə yananları xəbərdar etmək istəyir. Təbiət, məğlubiyyət anının işartıları hələ üfüqdə görünməyəndə onun zəhərli qədəhini içməli olanlara özünün ehtiyatlı olmaq barədəki siqnallarını verir. Təəssüf ki, bəzən hətta dahi sərkərdələr belə, bütün problemlərdən, oyunlardan baş çıxardıqları halda, təbiətin vəzir qambitini anlaya bilmirlər ya bunu ümumiyyətlə qulaqardına vurmaqla öz faciələrinin qaçılmaz qaydada baş verməsinə yol açırlar. Hətta Napoleonun sərkərdəlik dühası sərt rus qışı qarşısında aciz qalmışdı. Təbiət qaliblərə birbaşa zəfər bəxş etməsə , bu nəticə etibarilə insan ağlının fərasətinin bəhrəsi kimi meydana çıxır, ən azı son anda onun mümkünlüyü üçün hansısa bir şərait yaradır.

Napoleonun digər sonuncu məğlubiyyəti 1815-ci ilin iyunun 18- Vaterlooda baş verdi. İyunun 17-si axşamı güclü tufanda taqətdən düşdükdən sonra Napoleon Vellinqton Belçikadakı Brüssel yaxınlığında olan Vaterloo kəndində qarşılaşdılar. Britaniya ordusu Mon-Sen-Jan təpəsində, fransızlar isə düzənlikdə mövqe tutmuşdular. Prussiya generalı Blyuxer öz qüvvələrini xeyli artırmaqla, mümkün olan qədər tezliklə Vellinqtona qoşulmalı idi. Napoleon general Qruşini 30 minlik ordu ilə prussiyalıları izləməyə göndərmişdi ki, onların ingilislərlə birləşməsinə imkan verməsin.

İyunun 18- Neyin başçılıq etdiyi fransızlar şotland ingilis qoşunlarına qarşı hücuma başladı. Günortaya qədər hücum davam etdi, lakin hər iki tərəfdən ağır itkilər verilməklə, onlar geri oturtdurdular. Qruşidən isə heç bir xəbər yox idi, Vavra doğru irəliləməkdə davam edirdi, güman edirdi ki, Blyuxerin qoşunları hələ şəhərdədir. Lakin günorta ora gəlib çıxanda heç kəsi tapmadı. Onsuz da, olursa-olsun, artıq gec idi.

Napoleon öz qvardiyasını işə saldı, lakin bunun da köməyi olmadı. Blyuxer Vellinqtonun gözlədiyindən bir qədər sonra gəlib çıxdı. Lakin çox vaxtında gəlmişdi. Fransız ordusu məğlub oldu. Napoleona qaçmaqdan başqa heç qalmamşdı. Dəmir hersoqVellinqton lakonik qaydada demişdi: “Napoleon mərhəmət çevrilişini qəbul etdi! İndi təkcə onu tutmaq qalır!”. 22 iyunda isə Naoleon ikinci dəfə imperator taxt-tacından əl çəkdi.

Yenə təbiət Napoleonla istehzalı oyununu oynadı. Tufan güclü yağış onun işlərini pozmuşdu, topları atlarla dartmaq xeyli çətinləşmişdi, süvarilər yaxşı hərəkət edə bilmirdilər. Torpaq yağış nəticəsində palçığa döndüyünə görə, fransızlar döyüşü 18 iyunda bir saat gec başlamağa məcbur olmuşdu. Avropanı öz sərkərdəlik məharəti ilə lərzəyə salan Napoleon təbiət qarşısında gücsüz olduğuna bir daha inanmalı idi. Ancaq görünür, Rusiya yürüşündən o, ibrət dərsi götürməmişdi.

Vaterloo məğlubiyyəti onun şəxsi faciəsinə yol açdı. İkinci dəfə sürgünə, bu dəfə gözdən, könüldən uzaq Müqəddəs Yelena adasına yollandı. Burada o, altı il ərzində qüssə xəstəliklərlə müşayiət olunan izqoy həyatı yaşamağa məcbur oldu 1821-ci ildə orada da öldü. Şatobrian demişkən, dünyadakıən böyük nəfəsbirdəfəlik susdu.

Sovet ordusunun alman

qoşunları üzərində qələbəsi

Alman füreri Hitler dünya ağalığı iddiasında olmaqla, Avropanın bir çox ölkələrini işğal edib, digərləri ilə müttəfiqlik edib, Britaniyanı gələcəkdə digər hücuma məruz qoyacaqlarını diz çökdürmək üçün əlavə resurslara yiyələnmək məqsədi ilə SSRİ- qarşı Barbarossaadlanan hücum planı hazırladı geniş müdaxilə 1941-ci ilin 22 iyununda baş verdi. 3 milyon nəfərlik ordu 3 min km məsafədəki uzunluqda olan cəbhə boyu ilə irəliləyirdi. Müharibə, onun planına görə, “ildırım sürətliolmalı idi, ona görə blits kriqadlanırdı. Müharibə bir ay tez başlamalı idi. Lakin digər müharibə teatrlarındakı vəziyyətə görə oradan orduların çıxarılması ləngidiyindən hücum bir qədər təxirə salındı. İlk günlər almanlar üçün olduqca uğurlu, sovet qoşunları üçün isə fəlakətli oldu. Sovet ordusu ağır itkilər verir, yüz minlərlə əsgər əsir götürülürdü. Minlərlə təyyarə ilk günlərdə uçuş meydançalarında hava bombardmanı ilə məhv edilmişdi. Qısa müddət, başqa sözlə, beş ay ərzində SSRİ Avropadakı öz ərazisinin xeyli hissəsini itirmişdi. Alman qoşunları Moskvaya yaxınlaşmışdı.

Düşmən müharibəyə qədər olan dövrdə SSRİ əhalisinin 40 faizinin yaşadığı ərazini tutmuşdu, çuqunun 70 faizinin, poladın – 60, dəmir yolu avadanlığının – 40, şəkərin – 85, taxılın 40 faizinin istehsal edildiyi torpaqlar düşmən tapdağı altında idi. Hitler tezliklə Moskvanı işğal etməyi nəzərdə tuturdu. Lakin Moskva ətrafında gedən qızğın döyüşlər bu planı bütünlüklə pozdu. Dekabrın 6-da uzun sürən müdafiə döyüşlərindən sonra Moskva altında sovet qoşunları hücuma keçdi. Sentyabrın sonu, oktyabrın əvvəlində Hitler komandanlığının Moskvanı tutmaq barədəki başladığıTayfunəməliyyatı məğlubiyyətlə nəticələndi. Alman natsist ordusunun Moskva ətrafındakı bu uğursuzluğu İkinci Dünya müharibəsinin ötən dövrü ərzində onun ilk böyük məğlubiyyəti idi. Lakin qış hücumunun uğuruna baxmayaraq, müharibədə SSRİ-nin vəziyyəti ağır olaraq qalırdı.

Rus qışı da düşmənə qarşı öz sərtliyini göstərirdi. Oktyabrda yağan yağışlar yolları keçilməz etmişdi, topların texnikanın hərəkəti çətinləşmişdi, ümumiyyətlə, şaxtadan mürəkkəb alman  texnikası silahları sıradan çıxırdı. Alman əsgərləri isti qış geyiminə malik olmadıqlarından soyuqdan, şaxtadan çox əziyyət çəkirdilər, əslində Napoleon ordusunun aqibətini təkrar edirdilər. Yaponiyanın hücum etməməsinə əminlik yarandıqdan sonra Sibir diviziyaları hesabına Sovet ordusu isə xeyli güclənmişdi.

Erkən səmərəli uğurlardan sonra almanların hücumu sovet qoşunlarının güclü müqaviməti ilə, həm ağır qar yağmasına Arktika hərarəti ilə müqayisə edilə bilən soyuğa, şaxtaya görə dayandırıldı. Çünki onlar bütünlüklə belə qış şəraitində vuruşmağa hazırlaşmamışdılar. ABŞ prezdenti F.D.Ruzveltin göstərişi ilə əsas yun istehsalçıları olan Avstraliyadan Yeni Zelandiyadan yun satın alındığından, almanlar dünya bazarında bu əmtəəni tapa bilmirdilər. Alman əsgər zabitlərinin yüngül, nazik, yay geyimini andıran hərbi forması əslində onları rus şaxtasının buzlu küləyinin qarşısında müdafiəsiz qoymuşdu. Hitler Napoleonun 130 il əvvəlki acı təcrübəsindən nəticə çıxarmamışdı, heç öz generalları ilə onun Rusiya yürüşünü müzakirə etməmişdi. Hitler öz kumiri saydığıdəmirkansler Otto fon Bismarkın Rusiyaya müdaxilənin bataqlıq kimi təhlükəli olduğu barədəki ciddi xəbərdarlığına da məhəl qoymamışdı. Tarixi nümunəyə dahiyanə məsləhətə əhəmiyyət verməmək bir qayda olaraq ağır nəticələrə gətirib çıxarır.

1942-ci ilin sonu 1943- ilin başlanğıcının qışında, Stalinqrad döyüşündə almanlar həm olduqca ağır iqlimlə həm aclıqla üzləşməli oldular. German Gerinqin aviasiya ilə ordunu ərzaqla təmin edəcəyi barədəki vədi əsasən boş söz olaraq qaldı. Belə bir vəziyyətdə alman əsgərləri çarəsiz hala salınmışdı. Ona görə 1943- il fevralın 2- almanlar böyük itki verməklə Stalinqrad cəbhəsində təslim oldular bu Böyük Vətən müharibəsində dönüş nöqtəsi xarakterini daşıdı. Alman ordusu  Napoleon ordusunun başına gələn bədbəxtliyi təkrarən yaşamalı oldu. Əgər almanlar öz iki məğlubiyyətini, Moskva altındakı Stalinqraddakı ağır uğursuzluqlarını sərt rus qışının adına yazırdılarsa, qeyd etdiyimiz kimi, hər iki döyüşdə bu faktorun mühüm iştirakını heç danmaq olmaz, Sovet ordusu 1943- ilin iyununda Kursk yaxınlığındakı məşhur Proxorovka tank döyüşündə qalib gəldikdən sonra, xırda istisnalar nəzərə alınmasa, daim hücumda oldu. Sovet qoşunları Berlini tutduqdan sonra 8 may 1945-ci ildə alman komandanlığı Müttəfiqlər qarşısında qeyd-şərtsiz təslim aktını imzaladı. Hitlerin dünyaya ağalıq etmək iddiası, öz ölkəsinin, alman torpaqlarının işğalı ilə nəticələndi bu ağır məğlubiyyət məğrur xalqı xeyli alçaltdı dörd onillikdən çox bir müddətdə Almaniya parçalanmış şəkildə qaldı. Müharibə həm qısa müddətə olsa Almaniyaya aclıq viranəlik toxumu səpdi.

5.Təbiət ambitsiyaları

ram edir

Tarix çox sayda belə sadalanan faktlarla doludur. Təbiəti heç kəs öz qüdrətinə tabe edə bilmir, əksinə, təbiət ən qüdrətli olanları da sarsılmaz hökmünə təslim olmağa məcbur edir.  Özünə dünya şöhrəti qazanmaq istəyənlər bəzən təbiətin adi bir çətinliyindən sarsılır, hətta onun girovuna çevrilmək təsadüfündən qaça bilmirlər. İnsanlar gəlib gedir, təbiət isə özünün əsasən təslim olmayan mövcudluğunda qalmaqda, öz qanunları ilə idarə olunmaqda davam edir. Onun özünüidarə mexanizmindən isnanlar öyrənsəydilər, heç şübhəsiz, daha çox şeyə nail ola bilərdilər. Axı təbiəti dərk etmək çətin olduğu kimi, ondan öyrənmək o qədər asan məsələ deyildir. Təbiət dünyanın sifətini dəyişdirməyə qadirdir, bunu çox sayda misallar bütünlüklə təsdiq edir.

(Son)

 





22.01.2014    çap et  çap et