Söz Azadlığını Müdafiə Fondunun
icraçı direktoru
Xocavənd
Tuğ
kəndinin qərb ərazisindəki qədim məhəllələrdə bərpa edilərək turizm marşrutlarına daxil edilməsi də nəzərdə tutulur. Qondarma respublikanın rəsmiləri ötən ilin dekabrında bu qərara gəliblər.Erməni
mənbələrinin yaydığı məlumat bizim də, Söz Azadlığını Müdafiə Fondu olaraq, diqqətimizi çəkdi. Məlumdur ki, fondun əsas fəaliyyət istiqamətlərindən biri də Qarabağ mövzusudur. Son üç il ərzində fondun əməkdaşları tərəfindən işğal altındakı ərazilərimizdə olan maddi mədəni irsin öyrənilməsi, bu irsə aid olan yerlərin siyahılaşdırılması və dəymiş ziyanın hesablanması ilə bağlı bir sıra ciddi layihələr həyata keçirilib.Etiraf
etməliyik ki, Qarabağın hər daşı bir tarixdir. Füsunkar gözəlliyi, təbiəti və təbii ehtiyatları ilə zəngin olan bu diyar iyirmi ildir düşmən tapdağı altındadır. Hər gün təbii ehtiyatlar daşınmaqla yanaşı, maddi mədəni irsimizə aid olan sərvətlər də erməniləşdirilməkdədir.Tuğ
kəndi də Qarabağın qədim kəndlərindəndir. Və burada alban və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayıblar. Çar Rusiyasının, Qafqaza sahibləndikdən sonra, regionda apardığı imperiya siyasəti bu prosesi ləngidib, azsaylı alban əhalisi, əraziyə köçürülən erməni əhalisi vasitəsilə erməniləşdirilib. Yuli Sezarın "parçala, hökm sür" ideyasına uyğun olaraq, yerli əhalini çox ustalıqla qarşı qarşıya qoymağı bacarıblar.Son
yüz ildə regionda baş verən hadisələrin bir mərkəzi məhz Tuğ kəndində baş verib. Kənd Qarabağda olan beş məliklikdən birinin mərkəzi kimi digər kəndlərdən daha çox inkişaf edib, irəliyə doğru gedib. Kəndin hər küçəsində Alban tayfalarının izinə bu gündə rast gəlmək olar.Göründüyü
kimi, Azərbaycana məxsus ərazinin taleyini qondarma respublikanın rəsmiləri həll edir. Düzdür, indiyə kimi onlarca Azərbaycana məxsus tarixi abidənin erməniləşdirilməsinə, Azərbaycan əhalisinin, dövlətinin tarixinə dair faktların ləğv edilməsinə ölkəmizin müvafiq strukturları reaksiya veriblər. İndiyədək bir çox məsələlər beynəlxalq təşkilatlar qarşısında qaldırılıb, bəzi məqamlar öz həllini tapıb.Lakin
mətbuat səhifələrindən öyrəndim ki, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri ermənilərin Tuğ kəndində həyata keçirəcəkləri layihədən xəbərsizdilər. Bu işin davam etməməsi üçün düşünürük ki, əlaqədar dövlət qurumları Azərbaycan üçün həssas olan belə bir mövzuya ciddi diqqət yetirməli, atılacaq addımlar vaxtında olmalıdır. Bununla yanaşı, "Böyük qayıdış" proqramı çərçivəsində maddi-mədəni irsimizə dair məlumatların hər biri diqqətlə gözdən keçirilməli, öyrənilməli və beynəlxalq miqyasda təbliği planlı şəkildə həyata keçirilməlidir. İnanırıq ki, dövlət qurumlarımız vətəndaş cəmiyyətinin qaldırdığı məsələyə biganə qalmayacaq, maddi mədəni irsimizi məqsədli şəklidə erməniləşdirilməsinə layiqincə cavab verə biləcəklər.Xatırladaq
ki, Tuğ Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində qədim kənddir. Kənddə əsasən azərbaycanlılar və erməniləşdirilmiş albanlar yaşayırdılar. Əhalisinin sayı 2000 nəfər olub. Əhalisi üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olurdular. Kənddə 130 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana və s.var idi. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var idi. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır. 1991-ci il oktyabr ayının 30-31-nə keçən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir."
Tuğ" sözü əski türk dilində "bayraq" deməkdir.
çap et