525.Az

“Bakı Film İnstitutu”da tələbələr üçün yeni imkanlar


 

“Bakı Film İnstitutu”da tələbələr üçün yeni imkanlar<b style="color:red"></b>

“Cinema” Mərkəzi ATGTİ ilə əməkdaşlığa başladı

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Tələbə təcrübə proqramı çərçivəsində gerçəkləşən əməkdaşlığın məqsədi müxtəlif ixtisaslı tələbələrin yaxın gələcəkdə təcrübəyə cəlb edilməsi, onların kinoprodüserlik, aktyorluq, kinorejissorluq və digər sahələrdə biliklərinin artırılması və tələbələr üçün yeni imkanların yaradılmasıdır.“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev 525.az-a açıqlamasında bildirib ki, əməkdaşlıq çərçivəsində “Bakı Film İnstitutu”nda kinorejissor və aktyor kurslarına tələbə qəbuluna start verilib. Tələbələrə isə xüsusi güzəştlər olacaq.

Qeyd edək ki, təcrübə proqramında iştirak etmək arzusunda olan gənc kinematoqrafçılar və bu sahədə inkişaf etmək istəyən tələbələr atgti.az ünvanına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 





23.01.2014    çap et  çap et