525.Az

Bakıda saxta pul əməliyyatı


 

Bakıda saxta pul əməliyyatı<b style="color:red"></b> Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əsginaslar götürülüb.
 
Həmçinin R.Ş irəliyevin idarə etdiyi “Kia-Rio” markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilib.
 
Şirvan şəhərinin ərazisində R. Şirəliyevin icarəyə götürdüyü “Foto Uğur” studiyasına baxış zamanı isə saxta əsginasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı “DVR” sistem bloku aşkar edilərək götürülüb.
 
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
 
 





23.01.2014    çap et  çap et