525.Az

ATƏT nümayəndələri ermənilər tərəfindən atəşə tutulub


 

ATƏT nümayəndələri ermənilər tərəfindən atəşə tutulub<b style="color:red"></b>

ATƏT nümayəndələri düşmən tərəfindən atəşə tutulub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Hadisə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra baş verib. Ermənilər bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrini və monitorinq iştirakçılarını atəşə tutublar.

 





23.01.2014    çap et  çap et