525.Az

Şəhid zabitimiz medalla təltif edilib


 

Şəhid zabitimiz medalla təltif edilib<b style="color:red"></b> Cəbhə bölgəsində düşmən gülləsindən şəhid olmuş zabitimiz ölümündən sonra medalla təltif olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, düşmənin cəbhə bölgəsində təxribatları davam edir.

Yanvarın 23-də saat 13:45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.

Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan Silahlı Qüvvələrimizin zabiti, 1978-ci il təvəllüdlü kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
 





23.01.2014    çap et  çap et