525.Az

Televiziyamızın patriarxı


 

Bu gün məşhur televiziya nəzəriyyəçisi və təşkilatçısı, professor Elşad Quliyevin doğum günüdür 

Televiziyamızın patriarxı<b style="color:red"></b>

Bu xarizmalı insanın yaradıcılıq təşkilatçılıq enerjisi tükənməz idi, aşıb-daşırdı. Kabinetində belə idi, studiyalarda, çəkiliş pavilyonlarında, teleşirkətin həyətində . Hər kəslə öz dilində danışar, zarafatlaşar, hal-əhval tutardı. Adi tərcüməçilikdən sədrliyə qədər yol keçən Elşad müəllim heç kəsə yuxarıdan aşağı baxmazdı, əməkdaşların hər birini dost, sirdaş gözündə görərdi. Elşad müəllimi yaxından tanıyanlar onu bir qədər xəyalpərvər, bəzən maksimalist, bir tərəfdən qeyri-adi dərəcədə həssas televiziyaya vurgun şəxsiyyət kimi səciyyələndirirdilər. "Telefenomen" əsərinin müəllifi İradə Xanım yazır ki, Elşad müəllimin özünə inanması, qarşısına qoyduğu məqsədləri yaxından duyması, çevikliyi, gözəl xarakteri, geniş dünyagörüşü, hazırcavablığı, sənətə sevgisi onu ətrafındakı insanların həsəd obyektinə çevirmişdi. Məhz elə buna görə onun işinə pəl vurmaq istəyənlər, qazandığı uğurları gözü götürməyənlər olub.

Doğum günündə onun həyat tarixçəsinə qısa nəzər salmaq yerinə düşərdi. 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini Moskvada İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edib. Sonra AzTV- işə düzəlib. Tərcüməçi, televiziya proqramları direktoru, 1972-ci ildən isə Dövlət Televiziya Radio Verilişləri Komitəsi sədrinin birinci müavini, 1983-1990- illərdə Komitə sədri kimi fəaliyyət göstərib. 1990- ildən "Bilik" Maarifçilik Cəmiyyətinin sədri olub. 1992-ci ildə yenidən qısa müddət AzTV sədri işləyib, 1993-1994- illərdə ilk müstəqil televiziya kanalının - BMTİ-nin Baş direktoru olub. Əməkdar İncəsənət Xadimi, tarix elmləri namizədi Elşad Quliyev Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olub. Keçirdiyi ağır xəstəlikdən sonra 2008-ci il mayın 27- dünyasını dəyişib.

Televiziyanın kütləvi informasiya vasitələri sistemindəki rolunun artmasında, mövqeyinin möhkəmlənməsində Elşad Quliyevin xidmətləri danılmazdır. AzTV- rəhbərlik etdiyi zamanda sovet dönəminin bütün ideoloji buxovlarına, yuxarıların təzyiqlərinə baxmayaraq, respublikanın yeganə televiziyası xalqın böyük rəğbətini qazanmışdı. AzTV milli şüurun ana dilinin inkişafı, cəmiyyətdə gedən ictimai prosesləri, xalqın sosial-iqtisadi mədəni nailiyyətlərini bütün dolğunluğu ilə əks etdirirdi. Bir faktı xatırladaq ki, texniki yaradıcılıq parametrlərinə görə AzTV ötən əsrin 80-ci illərində SSRİ miqyasında 14- yerdən 4- yerə çıxmışdı. Bu, adi statistik göstərici deyildi, biz Azərbaycandan qat-qat böyük, inkişaf etmiş respublikaları televiziya sarıdan qabaqlamışdıq.

Elşad Quliyevin rəhbərlik etdiyi dövrdə kollektiv bir sıra bu gün fəxr ediləsi uğurlara imza atmışdı. Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı bədii sənədli filmlərin, teletamaşaların çəkilişinə start verilmiş, ictimai-siyasi sosial xarakterli problemlər, cəmiyyətin mənəvi saflaşması, sosial ədalət uğrunda mübarizənin genişlənməsi verilişlərin əsas mövzularına çevrilmişdi. O, israrla çalşırdı ki, monoloqdan, nəsihətdən, göstərişdən geniş diskussiyalara, ictimai müzakirə formalarına keçilsin, köhnə təbliğat modellərindən imtina edilsin, verilişlərdə müxtəlif mövqe baxışlar ortaya qoyulsun, onların qarşılıqlı təhlili verilsin. Azərbaycanda milli azadlıq hərəkatı başlayanda Elşad Quliyev respublikanın o zamankı birinci katibi Əbdülrəhman Vəzirovun bütün təzyiqlərinə basqılarına baxmayaraq, Azadlıq meydanında gedən mitinqdən canlı reportaj yayımlatdırdı. 20 Yanvar hadisələrindən sonra isə Azərbaycan KP MK-nin bütün çabalarına baxmayaraq, etiraz əlaməti olaraq vəzifəsindən istefa verdi. Kollektivin onun bu addımını qəbul etməməsi sədrliyə yeni namizədi boykot etməsi Elşad Quliyevi fikrindən daşındıra bilmədi. Yalniz 1992-ci ilin yazında yenidən kollektivin tələb istəyi ilə geri döndükdə isə fəaliyyətini televiziyanın xalqdan üzr istəməsindən başladı. Onun həmin dönəmdəki fəaliyyəti AzTV-nin demokratik dəyərlərə sadiqliyinin nümayişi oldu. Elşad Quliyev AXC hakimiyyətə gələn andan doğma televiziyasından təkrarən bu dəfə birdəfəlik ayrıldı...

"AzTV yeganə kanaldır ki, ona ailəliklə baxmaq olur" fikri məhz o illərin yaradıcılıq ab-havasından, prinsiplərindən metodlarından qaynaqlanıb. Bunu danmaq olmaz. AzTV-nin "Telefilm" Yaradıcılıq Birliyinin Elşad Quliyevin həyat yaradıcılığı barədə çəkdiyi "Ömrün teleformatı" televiziya filmində professor Nizami Cəfərov bu sözləri çox ürəklə deyirdi. "O, əldə mikrofon tutmaqdan, o mikrofona deyilən sözü cəmiyyətə çatdırmaqdan təhlil etməyədək hər şeyi bilirdi." Tanınmış kinoşünas Ayaz Salayev isə fikrini bu cür ifadə etmişdi: "O, televiziya rəhbərliyinə həyatın içindən gəlmişdi. Ona görə yaxşı insanın, düz sözün qədrini bilirdi. Elşad müəllim tolerant təbiətli, geniş təfəkkürlü, əsl peşəkardır. Azərbaycan teleməkanında öz işini sevən ikinci belə bir adam tapılmaz."

Elşad Quliyevin bu gün , sabah da aktual olan fikirləri Azərbaycan teleməkanında çox qiymətli mülahizələr kimi qəbul olunur. Elşad müəllim deyirdi ki, aylarla bizi özümüzdən "oğurlayan, yalnız metrajı uzatmağa, biznes faktorunu gücləndirməyə Allah bilir, daha hansı niyyətlərə xidmət edən teleseriallar bəzən əxlaqi-etik çərçivələrə sığmır. Xüsusən gənclərin mənəvi tərbiyəsində arzuolunmaz izlər qoyur. Nəyə fikir verməliyik - seçim, seçim yenə seçim. Serial müasir televiziyanın atributudur. Lakin mövzu seçimində yanılarıqsa, əslində, uduzmuş olarıq".

Elşad Quliyev çox vətənpərvər, millətsevər, sözün əsl mənasında, Böyük Azərbaycanlı idi. Televiziya radionun uğurlarına ürəkdən sevinir, uğursuzluqlarına çox kədərlənirdi. Bütün söhbətlərində, görüşlərində ölkə telekanallarında çalışan gənc jurnalistlərə, rejissor operatorlara, digər peşə sahiblərinə həmişə yaradıcılıq uğurları, peşəkarlıq arzulayırdı. Mənə verdiyi müsahibələrin birində deyirdi: "Bizim vaxtımızda örnək, görüb-götürmək üçün nümunə olmayıb. Hər şeyi özümüz tapırdıq. Amma indi bəhrələnmək üçün olduqca münbit şərait var. Ənənələri yaşatmaq da olduqca prinsipial məsələdir. Unutmamalıyıq ki, yenilik həm unudulmuş köhnəlikdir. Televiziya jurnalistləri keçmişə hörmət, bu günə ehtiram göstərməklə özlərinin daha parlaq gələcəyini qazanmış olarlar."

bu, təkcə televiziya ilə bağlı deyildi. O, ölkəmizin qazandığı hər uğura sevinirdi. Yaxşı xatırlayıram ki, Azərbaycan təmsilçilərinin"Eurovision"da ilk dəfə iştirak etməsinə uğurlu çıxışına necə sevinmişdi. Sağlamlıq durumunun ağır olmasına baxmayaraq, bəstəkar Gövhər Həsənliyə zəng vuraraq onu təbrik etmişdi. Həmin hadisədən elə bir neçə gün sonra dünyasını dəyisdi...

Yəqin ki, Elşad müəllimin tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevin atası olduğunu çoxları bilir. Hazırda İctimai Televiziya Radio Yayımları Şirkətinə rəhbərlik edən Cəmil müəllim Elşad Quliyevin arzu istəklərinin davamçısı kimi çox işlər görür. Ümumittifaq Kinematoqrafiya İnstitutunun məzunu, görkəmli kinorejissor, professor Naumovun ən istəkli tələbələrindən biri olmuş Cəmil Quliyev Azərbaycan Dövlət Film Fondunun, Mədəniyyət kanalının inkişafında, Kinematoqrafçılar İttifaqının yenidən formalaşmasında böyük xidmətlər göstərmişdir. Bu təvazökar, mədəni olduqca sadə insanın rejissorluğu, ssenari müəllifliyi bədii rəhbərliyi ilə araya-ərsəyə gələn filmlər böyük tamaşaçı rəğbəti qazanıb. "Bu da bir naxışdır", "Həsənbəy Zərdabi", "Cansıxıcı əhvalat", "Şirbalanın məhəbbəti", "Bir ömür sədası", "Bayramda yağış" digər filmləri Azərbaycan kino sənətinin dəyərli nümunələri hesab olunur. Elşad Quliyevi yaxşı tanıyanlar, onun yaradıcılıq irsinə ruhuna hörmət bəsləyənlər Cəmil müəllimin öz təşkilatçılıq rəhbərlik fəaliyyətində Quliyevlər ailəsinin hər cür çətinliklərdən sınaqlardan üzüağ çıxmış prinsiplərinə sadiq qalacağına tam əmindirlər.

Akif CABBARLI

 





23.01.2014    çap et  çap et