525.Az

Gurultulu alqışlarsız...


 

Gurultulu alqışlarsız...<b style="color:red"></b>

Ötənlərdə bu mövzuya simmetrik bir yanaşmam olub. Yəni ki, yazıçıların qurultayı ərəfəsində həmin ədəbiyyat məclisini hadisə kimi qarşılamaqla yanaşı, əsasən yazıçı-oxucu münasibətlərinin real vəziyyətini ələşdirməyə çalışmışdım. Zənnimcə qurultayın gedişində nəticəsində təşkilati-vəzifə bölgüləri belə demək mümkünsə, digər texniki məsələlər əsl oxucu marağında ciddi faktlar kimi ön plana çəkilməməlidir. Əsas ədəbiyyatın özüdür.

Budur, Yazıçılar Birliyinin rəhbərliyi səviyyəsində artıq növbəti qurultayın zaman keçiriləcəyi bir daha anons edildi. Biz nəhayət ki, bu ilin aprel ayında qurumun cəmiyyətə ünvanlanan mesajlarını rəsmən qəbul edə biləcəyik. Təbii ki, heç bir məsələyə apatik münasibət gözlənilmir. Əksinə, çox ciddi müzakirələrin baş verəcəyi ümidindəyik. Eyni zamanda çoxdan keçirilməli olan qurultay yaxınlaşdıqca hadisəyə münasibət daha da intensivləşəcək, qurultayöncəsi müzakirələr kütləvi informasiya vasitələrinin aktual mövzularından biri olacaq. Belə bir hal uzun sürən gözləntidən sonra təbii sayılmalıdır. KİV-dəki ilkin müsahibə çıxışlar ənənəvi xarakter daşımaqla bərabər, bir sıra ciddi məqamlara da yol açacaq. Ancaq həmişə olduğu kimi, bədii yaradıcılıq "istehlakçısının" - oxucunun mənafeyi hadisənin kölgəsində qalmamaq şərtiylə. Çünki son olaylar göstərir ki, bəzi hallarda oxucu səviyyəsi zövqü o qədər vacib sayılmır.

Məsələn.

Zamanında ədəbiyyatımıza yeni nəfəs gətirən, yeni dəyərlər qazandıran nəsil, məsələn "altmışıncılar" adlandırılan yazıçı şairlər konservatorluqda, eyni zamanda absurd yaradıcılıq sistemində, hətta... istedadsızlıqda ittiham olunurlar.

yaxud elə 60- illərin ədəbi ab-havasının daha cəsarətli təzahürü kimi görünən müasir gəncliyin ( təbii ki, bütünlüklə deyil) müəyyən mənada çılğın yaradıcılığı münasibəti qıcıq yaradır. Burada anlaşılmazlıqlar ya subyektiv iddialar ən çox oxucuların çaşdırılmasına yönəlir. Təbii ki, mən bütün oxucuların səlahiyyətini üzərimə götürüb fikir yürütmək fikrindən uzağam. Ancaq mümkün qədər çox oxumağa real nəticələr çıxarmağa çalışan bir fərd olaraq narahatlıq da keçirirəm.

Yazıçılar Birliyi məxfi bir təşkilat deyil ki, onun fəaliyyəti ümumən ədəbiyyatımızın durumu haqqında yalnız özləri-yazıçılar, şairlər, tənqidçilər danışsın. O əsərlər ki, yazılır o əsərləri ki, bir oxuyuruq, sözümüz eşidilməlidir. Buna bütün mənalarda haqqımız da çatır.

Bəlkə elə başa düşülür ki, daha oxucu auditoriyasına ehtiyac yoxdur? Düzdür, 70-80-ci illərin oxucu fəallığını müasir cəmiyyətimizdən ummaq mümkün deyil. Ancaq bu heç o demək deyil ki, ədəbiyyat adamlarımız öz əsərlərini bir-birilərinin oxuması üçün yazmaq iddiasında olsunlar. Əslində peşəkarların hər biri məhz oxucu axtarışında olur. Amatör "qələmlər" üçün... dünya bir pəncərədir, sanki.

Hər halda prosesin müşahidələri bizləri belə bir nəticə çıxarmaq zorunda qoyur. Oxucu anlayışı son dövrlər o qədər ciddiyə alınmır. Oxucu həm axtarılır, həm ciddi sayılmır - paradoksdur! Alınsaydı son illər ədəbiyyata heç bir dəxli olmayan minlərlə kitab - maklaturalara qarşı ümumi bir mübarizə metodu fikirləşib tətbiq edərdilər. Çox təəccüblü maraqlıdır ki, istər çılğın gənclik, istərsə ciddi ədəbi yaradıcılıq nümayəndələri son 20-25 ildə elə hey oxucuya sırınan, hələ bir az yaxşı mənada götürülərsə, orta səviyyədən aşağı kitabların bol-bol nəşrinə etiraz etmir, inzibati-mənəvi mübarizə aparmırlar. Əsas hədəf əsl ədəbiyyatdır. Anarın, Elçinin, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin başqalarının ən yaxşı əsərləri. Hələ yaxşı ki, yaş məsələsində Aqil Abbas "altmışıncılar"a şamil olunmur. Yoxsa onun da indi masaüstü kitaba çevrilmiş "Dolu"sunu, eləcə Rəşad Məcidin sentyabr"ını başqalarını "bəyənmirik" deyərdilər. Belə fikirlərə düşənlərin mövcudluğunu etiraf etməliyik. Ancaq yazmağa gələndə isə...

Azərbaycan oxucusunu yetişməkdə olan yeni nəsli forma məzmunu ilə anlaşılmaz kitablarla üzləşdirməyi heç laqeydlik adlandırmaq olmaz. Zövqlü oxucu üçün bunun müəyyən qədər vərəqləyib atmaq mənasında ziyanını konkretləşdirə bilsək , təcrübəsiz gəncliyin yaş həddi üçün aldanışı dünya görüşünün korlanması baxımından qorxulu haldır. Azərbaycan oxucusuna sayğısızlıq etmək yaramaz. Bu həmin oxucudur ki, hələ yetmişinci illərdə bədii ədəbiyyatmız özünün, necə deyərlər, renessans dövrünü yaşadıqda belə, onun zövqü fəallığı ilə ayaqlaşmaqda zorluq çəkirdi. Azərbaycan oxucusu, bir az da dəqiqləşdirsək, peşəkar intellektual oxucu həmişə yaxşı əsərə özünə hörmətlə yanaşmağı bacarıb.

"Altmışıncılar" adlandırılan ədəbi nəslin ən parlaq nümayəndələri hamıya məlumdur onların missiyası hələ uzun illər sonra da araşdırılıb dəyərləndiriləcək. Müasir ədəbi gəncliyin sıralarında bir çox istedadlı, ədəbiyyatımızı irəliyə aparmağa qadir yazıçı şairlərimiz az deyil. Baxmayaraq ki, onlardan bəziləri təvazökar yaradıcılıq yolunu seçsə , bəziləri müəyyən kriterlər baxımında qəbul olunmalarına rəğmən, inkarçılıqdan da uzaqlaşmırlar. Elələri var ki, bu, sözün əsl mənasında heç kimə lazım deyil. İddia bir yana dursun, ortalığa qoyduqları nümunələrin özü seçdikləri postmodern ədəbiyyatın altında qalır. Misal çəkməyə utanıram. Çünki onlar da "yaradıcılıqlarını" doğma türkçəmizdə qələmə alıblar öz "qəhrəmanlarının" timsalında yalnız utanc, aşşalıq atmosferi yaratmağa çalışıblar. Özü çox naşı şəkildə. Axı ən azından bilmək lazımdır ki, uzunqulağı tövlədə saxlamırlar...

Hər kəsin özünə dünyagörüşünə uyğun zövq istedad səviyyəsi var. Bu mənada konkret istiqamətləndirək ki, bəzi postmodern yazarların münasibəti gerçəkdən təəccüb doğurur. Yəni doğurdanmı, onların tez-tez nümunə kimi göstərdikləri italyan, fransız, rus... ədəbiyyatında bəzi yazıçıların timsalındakı "təlatüm" başqa varsa hər şeyi inkar etdirir ya etdirməlidir. Ədəbiyyatı dərk edib bilənlər üçün bu tip nomadizmlər - gəzəri, köçəri axtarışlar iddiaçılıqdan uzağa keçmir. Təbii, hər hansı üzdə olan yeni cərəyan mənsubu haqqında müəyyən fikirlər yürüdə bilərsən. Ancaq öz ədəbiyyatını heçə saymaq sənin savadına, dünyagörüşünə tünd bir kölgə salacaq.

Ah, zalım dostlar... vaxta qədər yalnız başqa ölkələrin ədəbi əsərləri bizə nümunə göstərilməlidir? Axı biz müntəzəmliklə oxuyuruq, elə sizləri ...

Məgər sizin inkar etdiyiniz "altmışıncılar"ın " liman"ı, "Gürcü familyası", hələ ədəbi tənqidin layiqincə qiymətləndirə bilmədiyi (bəlkə bacarmadığı) "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Adamlar ağaclar"ı, "Yəmən"i, "Dolça", "Qanköçürmə stansiyası", "Omaroğlunun qayıtması", "Dəyirman"ı, "Gərgədan buynuzu", "Fotofantaziya"... Məmməd Arazı, Əli Kərimi, Vaqif Vəkilovu, Ramiz Rövşəni, Vaqif Bayatlı Odəri, Eldar Baxışı... o illərin mükəmməl ədəbi hadisələri deyilmi? İndən belə kim " liman"ı o səviyyədə yazaraq altmışıncı illərin Bakı mühitini bütün havası zümrələri ilə yaddaşlarda əbədiləşdirə biləcək? Yoxsa "Süd dişinin ağrısı", "Canavar ovu"nu, "Ayrılığı", "Köhnə məktublar"ı İslandiyadan göndəriblər Ramiz Rövşənə? Bəzən mən istedadlı, ancaq naməlum iddialı gənc dostlarımızın təfəkkürlərindəki rabitəsizliyə- amensiyaya təəccüb edirəm bu təəccübümü yaşıdlarımla bölüşürəm. Onlar ilin-günün bu vaxtında bizlərə Viktor Hüqodan, Servantesdən, Conatan Sviftdən "dərs keçirlər". Halbuki bizlər, eləcə Azərbaycan oxucuları, lap elə götürək mütərəqqi baxışları ilə fərqlənən intellektuallar bu yazıçıları nəinki çoxdan, lap çoxdan oxuyub dəyərləndirmişik. Hətta kitabxanalarımızın rəflərində sıralamışıq. Eləcə Kamyu, Kafka, Hemenquey, Dostoyevski, Tolstoy, Pasternak, Axmatova, Svetayeva, Rasputin, Aytmatov, Henrix Böll, Matovesiyan, Dumbadze, Milan Kundera başqalarını. Bəlkə fransız romantizmindən danışaq ya Latın Amerikası ədəbiyyatından, ya bəlkə Skandinaviya "kölgələrindən"...

Mən indi əlimdə qələm öz doğma ədəbiyyatımızın dünya ədəbiyyatının nümayəndələrini kvalifikasiya etmək əhvalında deyiləm. Yadıma daha tez düşür, onu yazıram. Adlarını çəkdiyim çəkmədiyim ədiblərin müqayisəsi formal xarakter daşıya bilər. Əsas zövqlərin auditoriyaları da nəzərə alınmaqla hansı ədəbiyyatın, hansı əsərlərin yaddaşlarda kök salmasıdır. Təbii ki, böyük istedadlar böyük əsərlər belə bir səlahiyyəti real dəyərlərlə qazanırlar. Ədəbiyyatın klassik ənənəsi hansı ədəbi məktəb ya cərəyanın mənsubluğundan asılı olmayaraq öz şedevrlərini zaman-zaman oxucuya təqdim edir qəbul olunur.

Mənə ayrılan yer söhbətin yekunlaşmasını tələb etdiyindən mövzunun estafetini sevimli həmkarlarıma ötürürəm. Mən eyni zamanda bir məsələni etiraf edərək bildirirəm ki, bütün hallarda oxucuların tərəfindəyəm. Əsas məsələ oxucuyla dost olmaq, oxucu zövqünə hörmətlə yanaşmaq mədəniyyətidir. İstərdim ki, məhz belə bir yanaşma qurultayın leytmotivini təşkil etsin.

... cənab modernistlər, cənab mühafizəkarlar əsl ədəbiyyat yaradıcıları! Oxucu kütlə deyil, cazibə zümrəsidir. Ondan uzaqlaşmayın.

 





23.01.2014    çap et  çap et