525.Az

Nərimanovun “Ucqarlarda milli siyasət”i


 

Nərimanovun “Ucqarlarda milli siyasət”i <b style="color:red"></b>

Yaddaşımın küncündən...

 

Ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin birinci yarısındaAzərbaycan gəncləriqəzeti redaksiyasına, istisnasız olaraq məsul katib, qəzetçilikdə Rəfail Nağıyevdən əvvəl mənim əsas müəllimim olmuş Zeynal Mirzə oğlunun, yəni Babayevin yanına Ədalət Mehdiyev nam-nişanında yaşlı bir müəllif gələrdi. Cümlə bir az təmtəraqlı çıxdı, üstəlik fikirləşmək olar ki, müəllif haradansa çox uzaqlardan gəlirmiş, bu boyda respublikada Zeynal müəllimdən savayı heç kimi tanımırmış ...

 

Yox, elə birbaşa deyim: bu zat o vaxtAzərbaycan qadınıjurnalında işləyirdi, şöbə müdiri idi, “Azərbaycan qadınıisə... bizimlə eyni binada, “Kommunistnəşriyyatında yerləşirdi üstəlik, aramızda cəmi dörd mərtəbə fərqi vardıbiz 8-ci, onlar isə 4- mərtəbədə... O vaxtlar mənim təxminən 30, Zeynal müəllimin 50 yaşı vardı, “müəllifisə məndən azı iki dəfə yaşlı idi jurnalistika aləminə, gərək ki, öz xoşu ilə deyil, “bölgüyə əsasəngəlmişdibundan əvvəlçox mühüm idarə çalışmışdı, oradan polkovnik rütbəsində, yaşı ilə əlaqədar qanuni istirahətəistefaya yola salınmışdı, lakin çalışmaq, işləmək həvəsini, əməyi ilə sovet cəmiyyətinə xırdaca fayda vermək arzusunu nəzərə alaraqgörünməz cəbhədən, ən azı, imzası görünən cəbhəyə göndərilmişdi.

 

Daha bir istisnalıq: müəllim həmöz jurnalında”, həm bizdə yalnız beynəlxalq icmal yazırdıo vaxtkı məsul şəxslərdə formalaşmış təsəvvürə görə, dünyada baş verən hadisələrə yalnız xaricdəuzunmüddətli ezamiyyət olanlar daxildəsınanmış əməkdaşlarhansısa bir formada reaksiya verə bilərdilər. Əgər təsadüfən bu iki kateqoriyaya aid olmayanlardan biribeynəlxalq icmalyazırdısa, yüzdə-yüz əmin ola bilərdin ki, ya həmin müəlliflər öncədən müvafiq idarədə olub konkret göstəriş alıblar, ya da yazını çapa verməzdən öncəhəmin yoldaşla razılaşdırıblar”. isə...

 

Qayıdaq Ədalət müəllimə. Dediyim kimi, o, redaksiyaya yalnız Zeynal müəllimin yanına gəlirdisə, deməli, yazını da ona təqdim edirdi Zeynal müəllim istisnasız olaraq rus düşüncəsi ilə yazılmış icmalda bəzi ifadələri azərbaycancalaşdırmaqla xəta-bəlanı özündən deməli, həm qəzetdən uzaqlaşdırırdı. Amma yenə daha bir istisnalıq: Zeynal müəllim yazının çapına redaktor kimi icazə versə onu hökmən mənə təqdim edir şöbə müdiri kimi imzalamağımı istəyirdi. Bu da o dövrdə redaksiyada qoyulmuş qayda-qanunun bir ünsürü idiçapa gedən yazıya şöbə müdiri viza (icazə) verməliydi.

 

İlini yaxşı xatırlayıram, hətta fəslini : 1982-ci ilin payızı (bəlkə noyabr ayı) idi. İstefada olan polkovnik, tarixçi-alim Rizvan Zeynalovla əvvəlAzərbaycan gəncləriqəzetində, sonra da xəbərimiz olmadanBakinski raboçi müştərək bir yazımız çıxmışdıBakı Ali Ümumqoşun Komandirləri Məktəbi kursantlarının Moskvaya, Oktyabr paradına getməsi, paraddan sonra Nəriman Nərimanovla görüşməsi s. barədə. Mənəldə yazıməsul katibin otağına girəndə Ədalət müəllimi orada gördüm, barədəsə söhbətləşirdilər. Məni görən kimi Zeynal müəllimin eyni açıldı, “Budur həmin cavan oğlan!” deyib sanki əvvəl danışdıqlarına möhür vurdu.

 

Məlum oldu ki, həqiqətən məndən öncə Ədalət müəllimBakraboçidəki yazıdan böyük şövqlə söhbət salmış, Zeynal müəllim şagirdinin bacarıqlı gənc jurnalist olmasından basıb-bağlamış, yeri gəlmişkən, Ədalət müəllimin yazılarının da şöbə müdiri olduğunu fəxrlə bildirmiş elə bu məqamda mən içəri daxil olmuşam...

 

Ədalət müəllim ruslaşmış zabit olduğundan bizi bağlayan ortaq bir şey yox idi, ona görə bu vaxtadək onunla heç salam-kəlamım da olmamışdı, indi isə elementar ədəb-ərkan xatirinə Zeynal müəllimin təkrarladıqlarını gülümsəməklə dinlədim, gətirdiyim yazını verib çıxmaq niyyətində idim ki, Ədalət müəllim birbaşa mənə müraciətlə dedi:

 

Məqalənizdə Nərimanovdan yazırsınız, güman edirəm ki, indi danışacağım əhvalat da sizin üçün maraqlı olar...

 

Bu o demək idi ki, dayan , qulaq as. mən dayandım.

 

Əmim... – Bu yerdə o, əmisinin kimliyi barədə bir neçə cümləlik tanıtma verdi, həmin tanıtmadan yadımda heç qalmadığı üçün nəsə bir şey əlavə etmədən söhbətin ardını nəql edirəm: – , əmim danışırdı ki, bir dəfə Nəriman Nərimanov Gəncədə, Sərdar bağında çıxış edərkən ondan soruşurlar ki, Siz ucqarlarda, məsələn, elə Azərbaycanda milli siyasəti necə təsəvvür edirsiniz? Nərimanov yoldaş qayıdır ki, mən sizə bu mövzuda ayrı vaxt geniş danışaram, indi isə bu suala dair konkret bir misal çəkmək istəyirəm...

 

Deməli, sizin bu qonşuluğunuzdakı kənddə, məsələn, Çapıqlıda inqilab komitəsinin sədri, yəni yerli hökumət yoldaş Aqabekovdur. Bu kənddə bir neçə aktivist var, onlardan biri Xeyrulladır. Deməli, bu Xeyrulla, meşin gödəkcə geyinib, üstündən patrondaş bağlayıb, başına meşin kepka qoyub. Olub sovet hökumətinin hesabına əli çörəyə, ağzı sözə çatmış bir adam. Aqabekovun yanında yavaş-yavaş şəraba da öyrəşir evə gec gəlməyə başlayır. Bir belə, üç belə, nəhayət, günlərin birində bunun arvadı durub gəlir Aqabekovun idarəsinə ki, bəs belə-belə: ərim şərab içir, evə gec gəlir, ayrı arvadın yanına gedir sairə. Aqabekov bunu dinləyir, həqiqətən cin vurur başına deyir ki, gedək sizə, mən bununla bir danışım...

 

Gəlirlər Xeyrullagilə. Bu da evdə yoxdur. Aqabekov deyir ki, sən mənə bir stəkan çay ver, mən yavaş-yavaş içim gözləyim görüm bu Xeyrulla hardan gəlir vaxt gəlir... Nəhayət, Xeyrulla gəlirözü kefi ala buludda. Qapını açıb içəri girir görür ki, arvadı tək-tənha Aqabekovla oturub...

 

Səncə, bundan sonra Xeyrulla evdən çölə cür çıxmalıdır? , tamamilə düz fikirləşirsən: ya Aqabekovun kəlləsi ilə, ya da çox güman ki, arvadının başı ilə. Axı ola bilməz ki, müsəlmanın evində yad kişi arvadnan bir yerdə olsun...

 

Bu belə. İndi ikinci varianta baxaq. Həmin Çapıqlıda yerli hökumətin sədri Bolşevik Calaldır. Xeyrullanın arvadı ərindən ona şikayətə gəlir. Bolşevik Calal arvadı dinləyəndən sonra desə yaxşıdır?! Birincisi, soruşur ki, əri onun sovet idarəsinə gəlməyindən xəbərdardımı? İkincisi, arvad niyə özbaşına ərindən şikayətə gəlib? üçüncüsü, qələt eləyib gəlib dərhal gedib xarabasında oturmalı, biş-düşünü eləyib ərinin yolunu gözləməlidir. Bolşevik Calal özü yaxşı bilir ki, Xeyrulla ilə cür söhbət edəcək harada söhbət edəcək...

 

Arvad evinə qayıdır, Bolşevik Calal işinə davam edir, Xeyrulla da axşam idarədə qulaqburmasını alır...

 

Bu deməkdir? O deməkdir ki, Çapıqlıda yerli hökumət Bolşevik Calal, Rusiyanın harasındasa Aqabekov olsa, xalxın işi yaxşı gedər, mərkəzi hökumətin qulağı dinc olar...

 

Ədalət müəllim söhbətini bitirib, özündən razı halda:

 

Gör ha, dünyada kişilər olub ey, necə hər şeyi düz nişan verirlərmiş, –  dedi.

 

Düz sözə deyəsən?! Hərçənd bu da N.Nərimanovun qələmindən çıxan parçadır, ilk dəfə 66 ildən sonra çap olunan İ.V.Stalinə ünvanlanan məruzəsindən:

 

Bir dəfə, məşhur, hörmətli bir qadın gözü yaşlı yanıma gəlib ailəsinin namusunu qorumağı xahiş edir. O aşağıdakıları danışdı:

 

Hökumət üzvü M.D.Hüseynov (Mirzə Davud HüseynovŞ.Y.) qızıma evlənməyi təklif etmiş, lakin qızım ona rədd cavabı veribbaşqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır.

 

İndi hər gecə EFKA-nın (Azərbaycan Fövqəladə KomissiyasınınŞ.Y.) agentləri evimə girib axtarış aparır mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar demək olar ki, gecələr yatmırlar. Mən bildirirəm ki, bu, M.D.Hüseynovun işləridir, xahiş edirəm məni müdafiə edin i.a. i.a.”.

 

Onu sakitləşdirib Hüseynovu yanıma çağırdım bu əhvalatı ona danışdım.

 

O, qıpqırmızı oldu, başını aşağı saldı mənim qəti xəbərdarlığımdan sonra dedi: “Arxayın olun, daha bu, təkrar olmayacaqdır”.

 

Bir müddət keçdikdən sonra yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi mənə təşəkkür etdi.

 

Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi: mən kimlərlə işləyirəm Azərbaycanın taleyi kimlərin əlindədir”. (N.NƏRİMANOV. Ucqarlarda inqilabımızın tarixinə dair. B.: Azərnəşr, 1992, s.13).

 

Allah sənə rəhmət eləsin, ULU İNSAN!

 

Noyabr 1982 – sentyabr 2012

 

 





16.10.2012    çap et  çap et