525.Az
Bakıda 5 avtomobil toqquşdu: ölən və yaralananlar var
Ötən gecə Bakıda zəncirvari yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, yolun Binə qəsəbəsindən keçən hissəsində “Toyota Prado”, “Fiat”, “Mercedes”, “VAZ 2107” və “QAZ 24” markalı 5 avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2107”-də olan bir nəfər dünyasını dəyişib. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
24.01.2014
çap et