525.Az

"Ölsəm, məni burada basdırın"


 

"Ölsəm, məni burada basdırın"<b style="color:red"></b>

Yanvarın 17-dən xəstəxanada həyat mübarizəsi aparan türkiyəli aktyor Nejat İşlər haqqında yeni xəbər yayılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Bodrumdan İstanbula transfer edildikdən sonra ziyarətçilərinin sayı artıb. Aktyorlar Şükran Ovalı və Hakan Kurtaş, "Mor və ötəsi" qrupunun solisti Harun Tekin aktyoru yoluxmağa gəlib. H. Tekin: "İnşallah, hər şeyin yaxşı olacağına hamımız inanırıq" deyərək Nejata dəstək olub.

İlk günlərdə vəziyyəti kritik olan N. İşlərin Bodrum Acıbadem Xəstəxanasında olarkən "Əgər ölsəm, məni burada basdırın" dediyi məlum olub. Hazırda 41 yaşlı aktyorun səhhəti nisbətən yaxşıdır.

 





24.01.2014    çap et  çap et