525.Az

Suriyada daha bir azərbaycanlı döyüşçü öldürülüb


 

Suriyada daha bir azərbaycanlı döyüşçü öldürülüb<b style="color:red"></b>

Suriyada daha bir azərbaycanlı öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
 
Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Sənan” ləqəbli azərbaycanlı mücahid bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. O, Bakının Qaraçuxur qəsəbə sakini Vüsal Rəcəbovdur. Mücahidlər Vüsalın fotosunu da yayıblar.
 
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 





24.01.2014    çap et  çap et