525.Az

Rauf Arifoğlu: ““Yeni Müsavat”ın çapı dayana bilər”


 

Rauf Arifoğlu: ““Yeni Müsavat”ın çapı dayana bilər”<b style="color:red"></b>

““Yeni Müsavat” qəzetinin yayımla bağlı problemləri var”.

Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
 
R. Arifoğlunun sözlərinə görə, yaradılan əngəllər sayəsində qəzet 10-11 min tirajla çıxmaq əvəzinə, 7100 nüsxə ilə çap olunur, bu isə məsrəfləri ödəmir: “Biz iflas həddindəyik. Qəzetin problemləri sırf yayımla bağlıdır. İndi də qəzetlərin səyyar yayımı demək olar ki, dayandırılıb. Bu səbəbdən qəzetin çapı üçün artıq pul yoxdur”.
 
R. Arifoğlu bildirib ki, belə davam edərsə, qəzetin çapı gələn aydan dayana bilər: “Belə getsə, mən gələn aydan ixtisarlar etmək məcburiyyətində qalacam. Qəzetin çapının dayandırılması məsələsi söhbət mövzusu deyil. Lakin problem həllini tapmasa, qəzet öz-özünə dayanacaq, iflas olacaq”.
 

 





24.01.2014    çap et  çap et