525.Az

"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi filmin təqdimatı keçirildi


 

"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi filmin təqdimatı keçirildi<b style="color:red"></b>

Dünən Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə edilmiş "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT KİV- sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsil alanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri digər müvafiq məsələlərdən bəhs olunur.

Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas ali təhsil müəssisələrinə paylanılıb. Həmçinin,film mərkəzi regional televiziya kanallarında yayımlanır.

Filmin ictimaiyyətə çatdırılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda Azərbaycan Respublikası təhsil nazirinin "Təhsilalanların sağlamlığının qorunması təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.

İşçi qrupu təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizminin tətbiqinə dair təkliflərin işlənib hazırlanmasını yerinə yetirir. Təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı formada mənfi təsir göstərən halları araşdırmaq onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etmək müvafiq işçi qrupuna həvalə olunub.

İşçi qrupunun fəaliyyəti nəticəsində problem baxımından mövcud vəziyyətin öyrənilməsi üçün müvafiq addımlar atılır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindən müvafiq məlumatlar toplanılır. Həmçinin, müvafiq qurumlardan yeniyetmə gənclərin sağlamlığına dair toplanmış informasiyalar təhlil olunur, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi tətbiqi istiqamətində müzakirələr aparılır.

Vəfa MƏMMƏDLİ

 





24.01.2014    çap et  çap et