525.Az

"Azərbaycanın heyranedici dağları"


 

"Azərbaycanın heyranedici dağları"<b style="color:red"></b>

ABŞ-dan olan Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) sədr müavini, Dağçılıq Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UIAA) Dağların Mühafizəsi üzrə Komissiyasının prezidenti xanım Linda Makmilan 2013- ilin oktyabr ayının sonlarında Bakıda keçirilən "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda olub.

O, konfrans çərçivəsində Şirvan, Şahdağ Milli Parklarını Qobustan Dövlət Tarix-Bədii Qoruğunu gəzib. Amerikaya qayıdandan sonra xanım Linda Makmilan öz ölkəsində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) Mühafizə Olunan Ərazilər üzrə Dünya Komissiyasının (WCPA) təsis etdiyi "Mühafizə Olunan Dağlıq Ərazilər" adlı bülletenin dekabr sayında "Azərbaycanın heyranedici dağları" başlıqlı məqalə ilə öz təəssüratlarını bölüşüb: "Oktyabrın sonlarında həyat yoldaşım mən Bakı şəhərində yerləşən Qərb Universitetinin şəhərciyində keçirilən davamlı  dağ turizminin  inkişafı üzrə beynəlxalq konfransda iştirak etməkdən zövq aldıq. Dünyada on bir iqlim qurşağından doqquzu Azərbaycanda mövcuddur yarıdan çoxu dağlar  ilə əhatə olunur. Azərbaycanda  2003- ildən doqquz milli park yaradılıb. Yerli ekoloqlar bizim üçün qorunan ərazilərlə milli parklarla tanışlıq səfəri təşkil etdi: Şirvan Milli Parkı, Şahdağ Milli Parkı UNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına salınan Qobustan.

Qobustan-rəsmi Qobustan Dövlət Tarix-Bədii Qoruğu kimi tanınır inanılmaz mənzərəyə malikdir! Baş Qafqaz silsiləsi ərazisində yerləşir, orada təkcə üzərində qədim insanların minilliklərə aid qayaüstü təsvirləri izləri  deyil, həmçinin dağlar, palçıq vulkanları (sol tərəfdə) "yanar dağ"  (aşağıda) mövcuddur.

Şirvan Milli Parkı Xəzəryanı hissədə yerləşir,  gözəl ceyran (Gazella subgutturosa) su quşlarının bir çox  populyasiyaları ilə tanınır. Bir çox ceyran sürüsü onların bərpası üçün qonşu Gürcüstana Qafqazın digər hissələrinə  yola salınıb.

Şahdağ Milli Parkı 2006- ildə yara

dılıb bütün Qafqaz regionunda ən böyük milli park hesab olunur. Səfərimiz zamanı biz Azərbaycanın ən yüksək dağı, möhtəşəm Bazardüzü zirvəsinin mənzərəsindən zövq aldıq. Çox mehriban ərazi bələdçiləri meşəbəyləri bizi yüksək hündürlükdəki tədqiqat stansiyalarında, sonra isə dağ yamaclarında gəzdirdilər. Bizim son təyinatımız Bazardüzü  massivi idi, həm isti günəşli, həm zirvəsi qarla ortülü olan bu yer çox əsrarəngiz idi. Bələdçilər bizim üçün masa oturacaqlar qurdular, sonra "təbii-alovlu daşlar" ilə hamımız üçün unudulmaz isti nahar hazırladılar.  Həqiqətən unikaldır!

Bizim səfərimizə aid olan şəkillərə vebsaytımızdan baxa bilərsiniz.

(www.Lindamcmillan.com/photos/)

Linda Makmilan"

 





24.01.2014    çap et  çap et