525.Az

"Yada düşdü" jurnalının növbəti sayı çapdan çıxıb


 

"Yada düşdü" jurnalının növbəti sayı çapdan çıxıb<b style="color:red"></b>

"Yada düşdü" ədəbi-bədii, nostalji  jurnalın ötən il üçün son sayı işıq üzü görüb. Dərginin bu sayı "Yada düşdü" iki yaşı münasibətilə ünvanlanan təbriklərlə açılır. Təbrik ünvanlayanlar sırasında jurnalın təsisçisi Nəzakət Məmmədova, professor Qəzənfər Paşayev, Xalq şairi Nəriman Həsənzadə, şair Musa Yaqub, Xalq şairi Fikrət Qoca, filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist, şairə Sona Vəliyeva, dosent Salatın Əhmədli, yazıçı Elçin Hüseynbəyli, şairə-publisist Gülarə Munis, millət vəkili, professor Nizami Cəfərov, əməkdar jurnalist Flora Xəlilzadə, şairə Fərqanə Mehdiyeva, həmçinin yazıçı- dramaturq Firuz Mustafa, yazıçı Rasim Gəncəli, jurnalist Əlövsət Bəşirli, şairlər Qədir Tərtərli, Ramiz Qusarçaylının imzaları var.

"Yada düşdü" jurnalı haqqında Avropa Türkiyədə yaşayan alim, şair, yazıçı ədəbiyyat araşdırmaçılarının ürək sözləri dərgidə öz əksini tapıb.

Jurnalın Türkiyə təmsilçisi, filologiya elmləri doktoru Tamilla Abbasxanlı-ƏliyevanınYada düşdününTürkiyə zəfəriadlı yazısında dərginin ikiillik fəaliyyəti ilə bağlı fikirlər qələmə alınıb.

Dərginin baş redaktoru Nahid HacızadəninYox ayrı dərmanım, dözümdən ayrıməqaləsində Xalq şairi Məmməd Arazla bağlı xatirələri yada salınıb.

Jurnalda Balayar SadiqinSonetlər çələngi Cığatelin şeirləri oxuculara təqdim olunub.

Dərgidə yubiley yazıları da dərc edilib. Sözügedən yazılar şair-publisist Əbülfət Mədətoğlunun 55, professor Maarifə Hacıyevanın 75 illiyinə həsr olunub.

Jurnalın ənənəvi "Uşaqlar, ay uşaqlar" rubrikası bu dəfə oxucuların görüşünə gəlib.

Dərgidə Şəmistan Nəzirlinin "Görüş" sənədli hekayəsi, Nahid Hacızadənin "Cəngi" hekayəsi, eləcə , Eldar Nəsib, Dilarə Nağıyeva, Gülarə Munis başqa müəlliflərin maraqlı yazıları çap edilib.

S.MÜRVƏTQIZI 

 





25.01.2014    çap et  çap et