525.Az

Hava şəraiti qeyri-sabit keçəcək


 

Hava şəraiti qeyri-sabit keçəcək<b style="color:red"></b> Bu gündən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi və yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, bu gün hava şəraitinin gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da isə əksər rayonlarda arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq.
 
Yaxın 2 gün ərzində havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi ehtimal olunur. Bu gün şimal küləyi arabir güclənəcək. Qeyri-sabit hava şəraitinin yanvarın 27-si səhərədək davam edəcəyi gözlənilir.
 





25.01.2014    çap et  çap et