525.Az

Müdafiə Nazirliyi Həzi Aslanovu yad etdi


 

Müdafiə Nazirliyi Həzi Aslanovu yad etdi<b style="color:red"></b>

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğum günü və həlak olmasının ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib.

525.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir iştirakçıları - əsgər, kursant və zabitlər, qəhrəmanın ailə üzvləri, eləcə də veteran və gənclər təşkilatlarının nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanında sərkərdənin məzarını ziyarət dib. Sonra Təlim və Tədris Mərkəzinin meydanında 20 il öncə ulu öndərimizin təntənəli açılışını etdiyi «General Həzi Aslanov» abidəsi qarşısında təşkil edilmiş foto-sərgiyə baxış olub. Tədqiqatçı-jurnalist, Əməkdar incəsənət xadimi, professor Musa Bağırov sərgi barədə ətraflı məlumat verib və Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının reallaşması naminə apardığı çətin və şərəfli araşdırmalardan danışıb.

Xatirə mərasimində Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu barədə mərasim iştirakçılarına geniş məlumat verib, sənədli və bədii filmlərdən fraqmentlər nümayiş olunub, Azərbaycan Televiziya və Radiosu musiqi kollektivlərinin, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, Respublika muğam müsabiqəsi qaliblərinin, aktyorların ifasında Həzi Aslanova həsr olunmuş vətənpərvərlik əsərləri ifa edilib. Tədbirdə əsgər xoru və istedadlı vokal ustası Ramil Qasımov Azad Zahidin «Həzilər yurdu» qəhrəmanlıq balladasını (sözləri A.Qurbaninindir) ilk dəfə ifa edib
.
Xatirə mərasiminin sonunda Aslanovlar ailəsi adından çıxış edən qəhrəmanın nəvəsi, polis general-mayoru Həzi Aslanov istər Böyük Vətən müharibəsi, istərsə də Qarabağ müharibəsi iştirakçılarına, veteranlara, şəhid ailələrinə ölkə prezidentinin daim diqqət və qayğı göstərdiyini minnətdarlıqla qeyd edib, xatirə mərasiminin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 





25.01.2014    çap et  çap et