525.Az

Bakıda həbsxanada iki məhbus özünü asıb


 

Bakıda həbsxanada iki məhbus özünü asıb<b style="color:red"></b> Bakı İstintaq Təcridxanasında bir gündə iki məhbus özünü asıb.
 
Sabunçu rayon Polis İdarəsindən Lent..az-a verilən məlumata görə, yanvarın 25-də təcridxanada saxlanılan məhbus, 1991-ci il təvəllüdlü Nicat İbrahimov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. N.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.  
 
Qeyd edək ki, N.İbrahimov Salyan rayon sakinidir. O, Cinayəıt Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Eyni gündə təcridxananın 4-cü korpusunda saxlanılan məhbus Cəbrayılov Natiq Şamxal oğlu özünü mələfə ilə asıb. N.Cəbrayılovun intihar etdiyini görən kamera yoldaşı mələfəni cıraraq onun həyatını xilas edib.
 
Məhbusun vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
 





27.01.2014    çap et  çap et