525.Az

Məhəbbət Kazımov vəfat edib


 

Məhəbbət Kazımov vəfat edib<b style="color:red"></b>

Azərbaycanın əməkdar artisti, tanınmış xanəndə Məhəbbət Kazımov dünyasını dəyişib.

Mərhumun həmkarı Baloğlan Əşrəfov APA-ya bildirib ki, əməkdar artist bu gün səhər saat 11.00 radələrində dünyasını dəyişib.
 
Xanəndənin səhər saatlarında ağrıları başlayıb. Təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq M. Kazımovu xilas etmək mümkün olmayıb.
 
B. Əşrəfov bildirib ki, M. Kazımov kəskin ürək ağrılarından və təzyiqdən əziyyət çəkirmiş.

 





27.01.2014    çap et  çap et