525.Az

Türkü yox saymaq


 

Türkü yox saymaq<b style="color:red"></b>

Popol VUHMayaların müqəddəs kitabının adıdır. AnlamıZamanların kitabı, ya  Hadisələrin kitabıdeməkdir.17-ci  əsrdə qərb dillərinə tərcümə edilib. KitabınƏkizlərin ilahiləşməsihissəsində belə bir beyt var:

Səhv olan şeyləri
doğru göstərir,
İnsanları aldatmaq üçün
çaşdırırdılar.

Bu
beytin vaxt yazıldığı müəyyən deyil. Bəlkə min illərdir Mayaların dilində olan bu sözlər göz yummaq, gerçəyi saxlamaq, aldatmaq üçün səy göstərənləri deşifrə etmək məqsədilə deyilib. Bu o deməkdir ki, dünyada hər şey dəyişsə   aldadan insanəsla dəyişməyib.

Aldadan insan hər dövrdə, hər ölkədə, hər şəhərdə, hər kənddə, hətta hər evdə var. Aldadan insan bəzən qardaşını, bəzən dostunu, bəzən arvadını, kimi zaman da özünü aldadar.

Son dövrlər hər yerdəkimliklə  aldatmada dəb bir halını alıb. Kimisi: “Əslində Türkiyədə türk deyə bir millət yoxdur!“ deyərkən, kimisi Əslində yalnız Türkiyədə deyil, dünyada da türk yoxdur!“ demək cəsarətini göstərməyə başlayıb.

Sovetlər Birliyi məhkəmələritürk  deyəni ən ağır günahkar olaraq mühakimə edər, Sibirə sürgünə göndərərdi insanlar qorxu içində yaşaya-yaşaya sankitürkdeməyə unutmaq halına gəlmişdilər.

İndi eyni vəziyyət Türkiyədə yaranmağa başlayıb. Bir türk məmləkətində türkə hücum, türkü alçaltmaq türkü yox saymaq dəb olub. Bu vəziyyət təəssüf ki, yalnız Türkiyə ilə məhdudlaşmır. Türkiyənin ətrafındakı məmləkətlərdə türk yox sayılmağa başlayıb.

... “Doğan Burdanəşriyyatının  çap etdiyiAtlas tarixjurnalının 24- sayı xüsusi olaraq Qafqaz köçünün 150-ci ilinə həsr olunub. Dərgidə ruslar tərəfindən 150 il əvvəl Qafqazdan Anadoluya zorla köç etdirilən ləzgilərin dramları detallı bir şəkildə qələmə alınıb. Amma o köçlər, qırğınlar yazıya alınarkən nədənsə Qafqazda yaşayan xalqların sayına görə ən üstün olan türklər gözardı edilib. Hətta yazar Murat Papşu  Qafqazdakı xalqlara türk deyilməsinin günahını türk milliyyətçilərinə yükləyir: “Türk milliyyətçi ənənəsi Qafqazı tarixini azərbaycanlılar digər türk mənşəli xalqlar üzərindən türkləşdirir”.

Halbuki heç bir ağlı başında yazar ləzgilərə, çeçenlərə türk deməyib deməz . Yalnız Anadolu xalqı özündən bildiyi müsəlman olan hər xalqa türk deyib ki, bu da geniş bir kimlik təyin tərifidir məncə , doğrudur. Çünki avropalı da xristianlıqdan dönüb müsəlman olan hər kəsətürk oldudeyib. Bu gün serblər da boşnaklaraboşnakdeməz, “türkdeyərlər.

Bu tanımanın altında bir qəsd axtarmaq necə bir məntiqin məhsuludur, anlamaq mümkün deyil.

Yazarın ikinci səhvi isə Qafqazda yaşayan milyonlarla türkü qafqazlı saymaması Qafqazın yeganə sahibinin ləzgi, çeçen kimi xalqlar olduğu intibasını verməsidir. Ona görə   azərbaycanlılar coğrafi olaraq Qafqazda yaşasalar da, Qafqaz xalqları olaraq görülməzlər“.

Onların Qafqaz xalqları olaraq görülməmələrinin hikməti bir yana, ruslarla etdikləri mübarizələr inkar edilməkdə bu döyüşlərin yalnız ləzgi çeçenlər tərəfindən icra edildiyi israrla bəlirtilməkdədir. Yazarın  ruslarla illərcə mübarizə edən Azərbaycan türklərinin tarixini oxumadığı ya oxuyub da əhəmiyyət vermədiyi açıqca bəllidir.

Hətta yazısının ortasına qoyduğu Artur Tsutsıeve aid xəritədə Qafqaz regionunda ən kiçik xalqlar var, amma nədənsə türklər yoxdur. Məsələn, Azərbaycan torpaqları olan Nuxa, Şamaxı, Quba, Bakı kimi şəhərlər xəritədə yer almaqda, amma başqa xalqların yaşamaqda olduğu kimi göstərilməkdədir. Bu xalqlarıntatlarolduğu xəritədə bəlirtilməkdədir. Xəritənin şərh hissəsində isə sarı rənglərin hakim olduğu yerlərdə bir lütf olaraqazəri, Şirvan ( Bu deməksə ), Dərbənd türkləriifadəsi yer alıb. Digər tərəfdən xəritədə Azərbaycan torpaqlarının yarıdan çoxunda ləzgi avarların yaşadıqları yazılır.

Elmdə bu qədər tərəf tutulması düşündürücüdür. Türkləri davamlı irqçiliklə günahlandıran digər xalqlara mənsub araşdırmaçıların öz kimlikləri söz mövzusu olduğunda başqa xalqları yox sayması qədərelmidir“,  bunun mühakiməsini oxuculara buraxmaq lazımdır.

Bu cür yanıltmalar, tərəfli nəşrlər əskik araşdırmalar təəssüf ki, son dövrlər baş alıb getməkdədir. Qarsda nəşr olunan bir qəzetin araşdırmaçısı da Konstandinos adlı birini qaynaq göstərərək bu əsrin başında, yəni 1914- ildə Qars şəhərində 112 min erməninin, 75 min rumun 3 min azərbaycanlının yaşadığını yazaraq bu qədər rumun indi harada olduğunu sual edir. Sayı 3 minə salınan qarslı azəriləri (!) deyil , yoxdan var edilən 75 min rumu axtarmağın bir zərəri yox, amma indi mən rus tədqiqatçı İ.Şopeninin yazdıqlarına əsaslanaraq, 1852-ci ildə İrəvanda 81 749 müsəlmanın yaşadığını bunların harada olduqları barəsində xəbər alsam, görəsən irqçi olacağam?

 





27.01.2014    çap et  çap et