525.Az

"Kamal Atatürkün vəfatı münasibəti ilə"- M.Ə.Rəsulzadə Atatürk haqqında


 

Rus dilindən tərcümə: Vilayət Quliyev

"Kamal Atatürkün vəfatı münasibəti ilə"- <b style="color:red">M.Ə.Rəsulzadə Atatürk haqqında</b>

Azərbaycan Cümhuriyyətinin qurucularından biri, görkəmli fikir adamı, siyasi xadim publisist Məmməd Əmin Rəsulzadənin doğumunun 130 illiyinin qeyd olunduğu bu günlərdə onun indiyə qədər tədqiqatçıların diqqətindən kənarda qalan diqqətəlayiq siyasi publisistika nümunələrindən birini “525-ci qəzetin oxucularına təqdim etmək istəyirəm.

Polşada siyasi mühacir kimi yaşadığı illərdə Məmməd Əmin bu ölkədə çıxan mühacir nəşrlərində, eləcə polyak mətbuatında Azərbaycan, rus polyak dillərində aktual mövzulu, kəskin problemlərə toxunan polemika ruhlu onlarla məqalə dərc etdirmişdi. Həmin yazıların bir qismi ilk dəfə Polşa arxivlərindən mətbuatından bu sətirlərin müəllifi tərəfindən toplanaraqAzərbaycan siyasi mühacirətinin irsindən” (rus dilində, Varşava, 2010-cu il) kitabında elmi ictimaiyyətə təqdim olunmuşdu.

Rus dilində çap olunanKamal Atatürkün vəfatı münasibəti iləməqaləsi adından da göründüyü kimi, Türkiyə milli-azadlıq hərəkatının lideri, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün vəfatı günlərdə – 1938-ci ilin noyabrında qələmə alınmış Qafqaz Dağlıları Xalq Partiyasının Varşavada çıxan mətbu orqanının – “Şimali KafkasyaSevernıy Kavkazməcmuəsinin son saylarından birində dərc edilmişdi.  Bu jurnalda azərbaycanlı mühacirlərin məqalələri bir qayda olaraq iki dildəAzərbaycan rus dillərində verilirdi. Çox güman ki, yazının çapından az sonra jurnalın nəşrini dayandırması onun orijinalının (Məmməd Əmin mühacirət dövründəki bəzi məqalələrini rus dilində yazdığından bu variant da istisna edilməməlidir) yaxud tərcüməsinin işıq üzü görməsinə imkan verməmişdi.

Azərbaycan siyasi mühacirətinin lideri yalnız Türkiyənin deyil, bütün türk dünyasının üzləşdiyi böyük itkiyə laqeyd qala bilməmişdi. Atatürkün xatirəsinə sonuncu ehtiramı göstərməyi, onun çağdaş Türkiyə üçün gördüyü cahanşümul işləri bir daha xatırlamağı xatırlatmağı özünə borc saymışdı. Yazı həm beyni sovet ideologiyası ilə zəhərlənməmiş, fikirlərini açıq sərbəst ifadə etmək imkanına malik olan Azərbaycan vətənpərvərinin həqiqi səmimi duyğularının ifadəsi idi. Başqa sözlə desək, Məmməd Əmin tək özünün, yaxud siyasi mühacirlərin adından deyil, Vətəninin adından danışırdı.

Obıvatel nöqteyi-nəzərindən M.Ə.Rəsulzadənin Atatürk haqqında bu qədər isti sözlər deməsi, onun yeni Türkiyə tarixindəki yerini rolunu son dərəcə yüksək qiymətləndirməsi, hətta şəxsiyyəti dövlətçilik fəaliyyəti qarşısında müəyyən pərəstiş hissini gizlətməməsi qəribə görünə bilər. Çünki Atatürk Məmməd Əminə sıcaq münasibəti ilə seçilməmişdi. Əslində, “uman yerdən küsərlərprinsipi ilə hər şeyləriniuğrunda savaş açdıqları istiqlalı, Vətəni, ailələrini, mübarizə dostlarının çoxunu itirmiş azərbaycanlı mühacirlərin yeni Türkiyə liderindən inciməyə müəyyən əsasları vardı...

Çünki 1933- ildə, Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibəti ilə Ankaraya gələn sovet marşalları S.M.Budyonnı K.E.Voroşilov Stalininin bu ölkədən aparılan antisovet təbliğatının qarşılıqlı əlaqələrə zərbə vurması haqqında mesajını Atatürkə çatdırdıqdan sonra Məmməd Əmin Rəsulzadə başda olmaqla azərbaycanlı siyasi mühacirlərin əksəriyyəti Türkiyədən çıxarılmış, Avropa ölkələrinə, ilk növbədə  Polşaya sığınmaq məcburiyyəti qarşısında qalmışdılar. Azərbaycanla birlikdə özlərinə tarixi Vətən saydıqları Türkiyəni itirmək onlar üçün asan olmamışdı.

Lakin Məmməd Əmin Atatürkü bəlkə daxilən məmnun qalmadığı belə bir addım atmağa vadar edən səbəblərdən xəbərsiz deyildi. Digər tərəfdən, o, şəxsi incikliklərinin, yaxud kiçik intiqamlarının əsirinə çevrilsəydi, heç zaman Azərbaycanın siyasi tarixində indi qazanmış olduğu yüksəkliyə ucala bilməzdi. Məmməd Əmin sovet əsarəti altına düşmüş türk xalqlarının nümunə götürəcəyi model, arxalanacağı güc mərkəzi kimi Atatürkün qurduğu yeni, çağdaş, dünyəvi Türkiyənin əhəmiyyətini yaxşı anlayırdı. Ona görə şəxsi taleyində yaşadığı ağrı-acıları bir tərəfə buraxaraq yeni Türkiyənin onun qurucusunun atəşin tərəfdarı tərənnümçüsü kimi çıxış edirdi.

Atatürkün qısa müddətdə həyata keçirdiyi olduqca mühüm islahatlar içərisində Məmməd Əminin diqqətini ən çox cəlb edən türk liderin öz ölkəsində qanunçuluğun demokratiyanın əsaslarını qoyması idi. Məhz həmin inqilabi dəyişikliklərin nəticəsində Qazinin ölümü ölkədə heç bir daxili çəkişmə hakimiyyət didişməsi yaratmamışdı. Hər şey Ana YasanınKonstitusiyanın tələbləri əsasında sivil qaydada həyata keçirilmişdi.

Məmməd Əmin Türkiyəyə Atatürkün vəfatından təxminən on il sonra qayıtmışdı. 1950-ci ildə ölkə həyatında bərqərar olan həqiqi çoxpartiyalılığı, Azərbaycan Cümhuriyyətinin seçdiyi idarəçilik üsulununparlamentarizmin Türkiyədə qələbəsini görmüşdü. Münasibətlərin necə dəyişdiyinin, əski bütlərin necə qırıldığının şahidi  olmuşdu. Amma heç zaman Atatürkü Atatürk irsini təftişçiliyə qalxmamış, onun ölümünün isti izi ilə yazdığı sözlərə, fikirlərə həyatının sonuna qədər sadiq qalmışdı. 

Budapeşt, 15 yanvar 2014.


Məmməd Əmin Rəsulzadə

Kamal Atatürkün vəfatı heç kimi laqeyd buraxmadı. Bəşəri miqyaslı bir hadisəyə çevrildi. Böyük insanın cənazəsi önündə təkcə göz yaşlarını saxlaya bilməyən türk xalqı sayğı duruşuna dayanmamışdı. Demək olar ki, dünyanın bütün mədəni xalqları bu kədərə şərik çıxmışdılar. 

Türk xalqı əbədiyyətə qovuşan böyük övladına, Türkiyənin xilaskarına, Türkiyə Cümhuriyyətinin qurucusuna özünün son borcunu yalnız Türkiyə üçün deyil, Qərbi Avropa üçün səciyyəvi olmayan bir şəkildə verdi.

17 milyonluq xalq təsəvvürə gətirilməsi çətin görünən səmimiyyətlə, bir nəfər kimi milli qəhrəmanının ölümünə ürəyin dərinliklərindən gələn  acı göz yaşları axıdırdı. Çünki xalqın son mənzilə yol saldığı həmin məğlubedilməz qəhrəman tənəzzülün dəhşətli illərində tək qəhrəmanlar üçün deyil, bütöv Türkiyə üçün ağlayan türk insanının göz yaşlarını silmişdi.

İyirmi il bundan əvvəl o zamanlar hələ Mustafa Kamal kimi tanınan Kamal Atatürk  Versaldakı dünya ağalarının iradəsinə qarşı çıxmağa özündə cəsarət tapmışdı. Bu elə bir zaman idi ki, türk xalqı bir zamanlar möhtəşəmliyi ilə hər kəsi heyrətə gətirən, amma məlum Sevr müqaviləsinin ağır şərtləri altında şərəfsiz duruma salınan Osmanlı imperatorluğunun xarabalıqları altında can çəkişməkdə idi.

Bu elə bir zaman idi ki, türk vətənpərvərlərinin böyük əksəriyyəti sadəlövh şəkildədünyanın vicdanınınecə oyatmaq, diplomatik yollarla keçmiş Osmanlı imperatorluğunun tarixən sırf türklərə məxsus torpaqlarının heç olmazsa, bir hissəsinin toxunulmazlığını qorumaq, İstanbul ziyalılarının fikirlərinə o qədər əhəmiyyət vermədən Türkiyə üzərində Britaniya, yaxud Amerika himayəsi təmin etmək barəsində düşünürdülər. Məhz belə bir zamanda Kamal Paşa aydın qəti  şüarla meydana çıxdı:

Milli iradəyə əsaslanan, hüquqları məhdudlaşdırılmayan, müstəqilliyi qeyd-şərtsiz qəbul edilən Türkiyə qurulmalıdır”.

Qısa zamanda xalqın milli-azadlıq mücadiləsinə çevrilən məlum Anadolu hərəkatı başlandı. Hər kəsə bəlli olduğu kimi həmin müharibə AntantadanKamalın üsyankar quldurlarını sakitləşdirmək üçünmandat almış işğalçı yunan ordusuna qarşı aparılırdı.

Üsyankar generalınşüarı isəÖlüm, yaxud milli müstəqillik !” idi.

Anadolu kəndlisinin taleyinə yazılan ağlagəlməz yoxsulluq, səfalət dilənçilik şəraitində üç ildən (əslində Türkiyə 12 ildən çox müharibə alovu içində qarsalanmışdı; Birinci Dünya savaşından əvvəl Balkanlarda hərbi əməliyyatlar aparmağa məcbur olmuş, sonra isə özünün Afrikadakı ərazilərini qorumaq üçün İtaliya ilə üz-üzə gəlmişdi) çox davam edən mübarizə sonda türklərin parlaq qələbəsi ilə başa çatdı. Versaldakı dünya ağalarının hərtərəfli dəstək verdikləri işğalçı yunan ordusu Qərbi Anadolu çöllərində darmadağın edildi. Birinci Dünya müharibəsi zamanı Dardanel boğazından keçib Rusiyanın köməyinə can atan ingilis-fransız desantını öz cəsur strategiyası ilə diz çökdürərək sularda qərq edən Kamalın sərkərdə şöhrətinəQazi”, yəni məğlubedilməz adı da əlavə olundu.

Siyasi baxımdan yenidən dirilmiş Türkiyənin yunan cəza ordusunun məhv edilməsi nəticəsində qazandığı hərbi zəfər tezliklə öz beynəlxalq təsdiqini tapdı. Yeni Türkiyə ilə Antanta dövlətləri arasında tarixə Lozanna sazişi adı ilə daxil olan sülh müqaviləsi imzalandı.

Lakin Kamal onun rəhbərlik etdiyi milli hərəkat özlüyündə böyük olan bu tarixi qələbə ilə kifayətlənmək istəmirdi. Nəticədə xarabazarlığa çevrilmiş yoxsul Anadolu Antantanı öz qərarına yenidən baxmağa məcbur etdi. Az qala bütün dünyanın taleyi ilə istədiyi kimi qəti iddialı bir şəkildə davranan Antantanı...

Təkcə Türkiyənin yeni sərhədlərini müəyyən etmək hələ yetərli deyildi. Növbədə daha çətin, eyni zamanda daha ciddi şərəfli vəzifə dayanırdı: geridə qalmış ölkəni müasir sivilizasiyanın şərtlərinə cavab verəcək səviyyəyə qaldırmaq lazım idi. Yalnız belə olduğu təqdirdə müstəqillik uğrunda  mübarizənin çoxsaylı qurbanlarına tarix qarşısında haqq qazandırmaq imkanı yarana bilərdi. Yalnız belə bir Türkiyə mübarizələr bahasına əldə etdiyi müstəqilliyi tam  qoruyub saxlaya bilərdi.

Yeni, milli Türkiyə köhnəliyin onu əli-qolu vəziyyətdə  saxladığı orta əsrlər bataqlığından çıxmaq üçün bütün qüvvələrini səfərbər etməli idi.

Beləliklə, zəfər çalmış milli inqilabın nəhəng fəaliyyəti başlandı. Türkiyə Cümhuriyyəti elan edildi. Mustafa Kamal ölkənin ilk prezidenti seçildi ömrünün sonuna qədər həmin vəzifədə qaldı.

Bir müddət bundan öncə Türkiyə Cümhuriyyət qurulmasının 15 illiyini qeyd etdi. Tarixən qısa olan bu dövrün yubiley günlərində yekun vurulan hadisələri Avropa xalqlarının tarixində  az qala bütöv əsrləri əhatə etmişdi.

Kamal Atatürkün inqilabı sayəsində yalnız Osmanlı sülaləsi tarix səhnəsindən silinmədi. Xilafətlə bağlı qurumların da varlığına son qoyuldu. Bütün həyat tərzi ilə başdan-başa teokratik bir dövlət olan Türkiyə tam dünyəvi dövlətə çevrildi. Pozitivist  mövqedə dayanan Türkiyə Cümhuriyyəti insan zəkasının fikrinin orta əsrlər sxolastikasından, daşlaşmış dini ehkamların buxovundan həmişəlik azad etdi.

Bəşər övladının həyatı mahiyyətini bir kimsənin bilmədiyi alın yazısı – “qismətləidarə olunmur.  Fərdlərin xalqların taleyinə hökm edən insan ağlı iradəsidir. Bu mənada Türkiyənin bütün köhnə təsisatları əsaslı dəyişikliyə məruz qalmışdır. Din hər bir vətəndaşın şəxsi işi elan olunmuşdur. Hüquq sistemi ədliyyə şəriətin müdaxiləsindən tam təmizlənmişdir. Yeni qanunlar yaradılarkən əsas kimi İsveçrə hüquq kodeksi götürülmüşdür. Türkiyədə qadınların hüquqları sadəcə kişilərlə bərabərləşdirilməmişdir. Təcrübədə onlar daha öncül mövqelərə çıxarılmışdır. İndi türk qadını həyatın cəmiyyətin bütün sahələrində məsul vəzifələr tutmaqdadır.

Mədəniyyət sahəsində əsl möcüzələr baş vermişdir.

Yaxın Şərqin işıqlı zəkalarının əsrlər boyu qəlblərində yaşatdıqları arzuərəb əlifbasının islahı Kamalın zamanında həyata keçirilmişdir. İndi Türkiyə latın əlifbasından istifadə edir. Bir vaxtlar demək olar ki, başdan-başa savadsız kəndlilərdən ibarət Türkiyə əhalisinin böyük əksəriyyəti indi oxuyub-yazmağı bacarır. Milli mədəniyyətə tarixə yeni istiqamət verilmişdir. Gənclərə elm, incəsənət texnika sahəsində dünyanın mədəni xalqları ilə ayaqlaşmaq yönündə nəcib hisslər aşılanmışdır.

İqtisadiyyat sahəsində nəhəng addımlar atılmışdır.

Atatürkün gəlişinə qədər yolsuz-izsiz vəziyyətdə olan Türkiyə indi başdan-başa dəmiryolları ilə əhatə edilmişdir. Bataqlıqlar qurudulmuş, kanallar qazılmışdır. Ticarət donanması yaradılmışdır. Sənaye inkişaf etdirilmişdir. Fabrik zavodların bütöv bir şəbəkəsi qurulmuşdur. Əvvəllər demək olar ki, heç bir sənaye gücünə malik olmayan Türkiyə indi özü kağız, şəkər digər zəruri tələbat mallarının istehsalçısıdır. Hələ mən ağır sənaye müəssisələri, manufaktura kombinatları haqqında danışmıram. Bütün xarici konsessiyalar dövlət tərəfindən satın alınmışdır. Banklar, kooperativlər, kənd təsərrüfatı kredit cəmiyyətləri açılmışdır. Əməyin kənd təsərrüfatının qorunması istiqamətində qanunlar hazırlanıb qəbul edilmişdir.

Müasir Türkiyə texniki cəhətdən yaxşı təchiz edilmiş, Avropa tipli təlim görmüş, qismən motorlaşdırılmış yeni silahlarla silahlanmış orduya malikdir. Türk hərbi donanması bərpa edilmiş, aviasiya yaradılmışdır. Hərbi sənaye istehsalı nizama salınmışdır.

Müharibədən əvvəlki Osmanlı imperiyası ilə müqayisədə əhalisinin sayca xeyli azalmasına baxmayaraq müasir Türkiyə beynəlxalq siyasətdə müqayisəyə gəlməyəcək dərəcədə ciddi çəkiyə malikdir. İlk növbədə Mustafa Kamal müharibədən sonrakı Avropanın ən diqqətəlayiq dövlət xadimlərindən biri kimi özünün böyük şəxsi nüfuzu ilə yeni Türkiyənin mənəvi gücünü əhəmiyyətli dərəcədə yüksəltmişdir. Digər tərəfdən, ölkə daxilində islahatçılıq siyasətinə geniş yer verən Cümhuriyyət Türkiyəsi Kamal Atatürkün yürütdüyü ardıcıl sülhsevər siyasət nəticəsində həm  Balkan bölgəsinin liderinə çevrilmiş, həm öz sıralarında Yaxın ŞərqinSəədabad paktıadlı əməkdaşlıq anlaşmasını imzalamış dörd müsəlman dövlətini birləşdirən şərq blokunun memarı kimi çıxış etmişdir.

Bir tərəfdən Avropada daim Balkan dövlətləri ilə, o biri tərəfdən isə Şərqdə İranla  münaqişə vəziyyətində olan köhnə Osmanlı imperatorluğunun yerində biz indi  bütün Yaxın Şərqdə möhkəm sülhün siyasi sabitliyin başlıca  təminatçısı rolunda çıxış edən yeni Türkiyəni görürük.

Yeni Türkiyəyə göstərilən beynəlxalq etimad inam özünü onun Qərbi Avropanın mühüm iqtisadi mərkəzləri ilə əməkdaşlığında daha aydın şəkildə büruzə verir. Ağır sənaye sahəsindəki beşillik planına Britaniya kapitalının yaxından cəlb etməklə ilə bir sırada Türkiyə bu yaxın zamanlarda İngiltərə Almaniyadan da böyük maliyyə kreditləri almışdır.

Kamal Türkiyəsinin uğurla həyata keçirilən xarici siyasəti Qərbi Avropa ölkələri ilə faydalı iqtisadi əməkdaşlığa şərait yaratmaqla bir sırada Lozannada açıq buraxılmış bir sıra siyasi problemləri ağrısız həll etməyə imkanı vermişdir. Onların sırasına  boğazlar üzərində nəzarət” (Montre) Aleksandretta sancağı (Xatay əyaləti) ilə bağlı məsələlər daxildir.

Kamal haqqında danışarkən yeni Türkiyənin Sovetlər siyasəti deyilən məsələnin üzərindən sükutla keçmək imkan xaricindədir. Bir çox kənar müşahidəçilərdə belə təəssürat yarana bilər ki, Türkiyə Cümhuriyyəti ilə Sovetlər arasındakı dostluq münasibətləri prinsipial ideoloji əsasa  söykənir. Lakin belə mülahizə yürüdənlərin fikirləri Türkiyədə cərəyan edən   hadisələrin diqqətli təhlili zamanı heç bir tənqidə dözmür. Kamalizmin əsas mahiyyətini həqiqi milliyyətçilik təşkil edir. Bu nəyin bahasına olursa olsun vətənini dünyanın müasir mədəni millətləri səviyyəsinə yüksəltməyə çalışan Anadolu vətənpərvərinin milliyyətçiliyidir. Qarşıya qoyulan məqsədə çatmaq üçün ölkənin demoqrafik cəhətdən gücləndirilməsi daxil olmaqla ictimai həyatın bir sıra sahələrində nəhəng addımların atılması tələb edilirdi. Kamal son savaşlar nəticəsində əhalisi seyrəlmiş, daha da yoxsullaşmış geridə qalmış Anadolunun bütün müsəlman türk dünyasının yükünü öz üzərinə götürməsi ideyasını mümkünsüz sayırdı. Bu məqsədlə o, düşünülmüş şəkildə panislamizm siyasətindən imtina etmişdi. Belə bir addım öz növbəsində ona hər şeydən öncə Sovetlərlə siyasi əlaqələr yaratmaq imkanı vermişdi. Sovetlər isə məlum olduğu kimi, Anadolunun Avropa imperializmi ilə mübarizəsinin başlanğıcında maraq mənafeləri türk milli hərəkatı ilə üst-üstə düşən yeganə siyasi qüvvə, yeganə dövlət idi.

Lakin buna baxmayaraq, Türkiyə heç  zaman yerli kommunistlərlə mübarizəni dayandırmaq, habelə yorulmaq bilmədəndostAnkaranı bolşevikləşdirmək üçün cəhdlər göstərən Moskva İnternasionalının agentlərini təqib etmək niyyətindən əl çəkməmişdir. Ankaranın Moskva ilə siyasi eşqbazlığı lap başlanğıc mərhələdə, hələ Qafqazda bolşevizmin yayılmasının Avropa imperializmi ilə mübarizədə Türkiyənin mövqelərini möhkəmləndirəcəyi fikri zehinlərə hakim kəsildiyi bir vaxtda Ankara-Moskva münasibətləri başda məlum Mustafa Sübhi olmaqla türk kommunistlərinin üzləşdikləri faciəli aqibət nəticəsində yasa döndü. Mustafa Sübhi öz qərargahı ilə Moskvadan Türkiyəyə qayıtdığı zaman Trabzon limanında sulara qərq edildi. Lakin bu qətiyyətli addım da kommunizmin kamalçılığa qarşı gizli mübarizəsinin dayandırılmasına gətirib çıxarmadı. Öz növbəsində Kamal da heç zaman bolşevizmi təqibdən  əl çəkmədi.

Hər şeydən şübhələnən Moskvanın Türkiyə hökumətinin yürütdüyü siyasi xəttə hücumları da ara vermir. Kremldə AnkaranınAvropaya istiqamət götürməsinəhəmişə bir qorxu hissi ilə baxırlar. Türkiyənin təqib etdiyi bu siyasət isə son zamanlar türk-ingilis yaxınlaşması nəticəsində özünü daha aydın şəkildə büruzə vermişdir. Az müddət bundan əvvəl İstanbulun  Sabahqəzeti Moskvada nəşr olunanJurnal de Moskuməcmuəsinin imperialist dairələrin Anadoluya nüfuz etmələri bu yollaTürkiyənin müstəqilliyini təhlükə altına almalarıhaqqındakı həyəcan dolu xəbərdarlığına kəskin  cavab verməli olmuşdu. “İnsanları milli xüsusiyyətlərə görə fərqləndirmək istəməyən, Vətənə məhəbbət hissindən məhrum olan kosmopolitlərin bizə, türk milliyyətçilərinə milli qürur hissi aşılamaq fikrinə düşmələri yolverilməzdir ”- deyə qəzet yazırdı. Həmin məqalədə daha sonra deyilirdi: “Görünür, Moskvadakı dostlarımızı Almaniya Britaniyadan aldığımız son kreditlər narahat edir. Axı bu məsələdə bizim Sovet İttifaqı ilə əməkdaşlığımız olub. Burada hansı təhlükə haqqında söhbət gedə bilər? Biz hələ faşistlərin Türkiyədəki fəaliyyəti barəsində heç bir şey eşitməmişik. Kommunistlərin ölkəmizdə həyata keçirdikləri təxribatçılıq əməlləri barəsində isə çox tez-tez yerli qəzetlərin məhkəmə-cinayət bölməsində müxtəlif xəbərlər oxuyuruq”. Sonda isə qəzet sovetlərəTürkiyənin daxili işlərinə qarışmamağıməsləhət görür. Türk müəllifinin dili ilə məqalədə deyildiyi kimi, “biz hətta özlərini dost kimi qələmə verdikləri təqdirdə başqalarının işlərimizə  burunlarını soxmalarını xoşlamırıq”.

Kamalizm ideologiyasımilli inqilabçılıqdır. Bu ideologiya qarşısına ümumbəşəri sivilizasiyanın bəhrələrinə qovuşmaq, Avropanın qabaqcıl ölkələrinə çatmaq məqsədini qoymuşdur. Həmin məqsədə yetişmək üçün istifadə olunan metodlarda müharibədən sonrakı totalitar milliyyətçiliyin səciyyəvi xüsusiyyətlərini görmək mümkündür. Təsadüfi deyil ki, Böyük BritaniyanınTaymsqəzeti Kamal Atatürkü müharibədən sonra bütün dünyanı bürüyən  xaos içərisindən çıxmış ən böyük şəxsiyyətlərdən biri adlandırarkən dövrün başqa heç bir liderinin onun qədər böyük uğurlu fəaliyyət göstərə bilmədiyini xüsusi qeyd etmişdi.

Kamal Atatürk möcüzəsinin özəllikləri ondadır ki, o, Avropaya qarşı savaş açmaqla bir sırada ölkəsinin avropalılaşdırılması istiqamətində ciddi uğurlar qazandı. Sovetlər İttifaqı ilə siyasi dostluğa əsaslanmaqla bir sırada  ölkəsinin daxilində kommunizmin bütün təzahürlərini boğdu. Panislamizm panturanizm ideologiyasına zərbələr endirməklə bir sırada milli-azadlıq hərəkatını məqsədyönlü düzgün şəkildə qurmaq nəticəsində Şərqdə yeni Türkiyəyə böyük rəğbət qazandırdı. Bu mənada türk-müsəlman dünyasında Kamal Türkiyəsinə göstərilən hörmət ehtiram İstanbul sarayının hətta təsəvvürünə gələ bilməzdi.

Yeni İranda, yeni Əfqanıstanda digər müsəlman ölkələrində islahatçı meyllər birbaşa Kamal Türkiyəsinin təsiri altında meydana çıxmış yayılmışdır. Təsadüfi deyil ki, Tehran sarayı Atatürkün ölümündən sonra oyanan Şərqin bu mənəvi rəhbərinin vəfatı ilə əlaqədar ölkədə bir aylıq matəm mərasimi elan etmişdir.

Kamal Atatürkün başqa bir möcüzəsi İstanbuldakı Aya Sofya abidəsi üzərində xaç, yoxsa aypara ucaldılması məsələsini Süleyman peyğəmbərə məxsus müdrikliklə həll etməsidir. Onun qərarı ilə bu möhtəşəm abidənin Bizans mədəniyyəti muzeyinə çevrilməsi qərara alındı. Bu addım bir tərəfdən Atatürkün ağır məğlubiyyətə uğratdığı indi artıq müttəfiq kimi yeni münasibətlər qurduğu öz faciəsinə göz yaşları axıdan Yunanıstanla münasibətləri nizamlamağa təkan verdi, o biri tərəfdən isə mədəni dünyanın türk liderinin universal zəkasına heyran kəsilməsinə daha bir imkan yaratdı.

Kamaldan sonra Türkiyənin aqibəti necə olacaq?

Həmişə belə hallarda olduğu kimi bu suala cavab vermək üçün onun həyatdan getməsi ilə baş verdiyinin dəfnində necə bir mənzərə yarandığının mahiyyətinə varmaq lazımdır. Mənzərə isə belə idi:

17 milyonluq xalq heyrətamiz birlik nümayiş etdirdi. Əbədiyyətə qovuşan Prezidentinin vəsiyyətini sözbəsöz təkrarlayan türk gəncliyinin qeyri-adi coşqunluğuna heyran qalmamaq mümkün deyildi. Türk gəncliyi heç bir çətinlik məhrumiyyətə baxmayaraq, istənilən şəraitdə öz böyük rəhbər atasının qoyub getdiyi ən qiymətli irsiTürkiyə Cümhuriyyətini göz-bəbəyi kimi qoruyacağını vəd edirdi. Bunun ardınca isə Mustafa Kamal zəkası ilə yaradılmış Konstitusiya maşını heç bir maneə ilə üzləşmədən hərəkətə gəlir. Saat mexanizmi kimi dəqiq işləyən Türkiyə Böyük Millət Məclisi 24 saat ərzində toplanır Atatürkdən sonra Türkiyənin ikinci adamı sayılan İsmət İnönünü yekdilliklə prezident seçir.

Simali Kafkasiya

Severnıy Kavkaz”,

1938, № 55-56,  s.19-21

 





27.01.2014    çap et  çap et