525.Az

Brüsseldə Azərbaycan Ordusuna kreativ dəstək - Video


 

Brüsseldə Azərbaycan Ordusuna kreativ dəstək  -<b style="color:red"> Video</b>

Belçikada yaşayan soydaşlarımızdan biri Ermənistanın son hərbi təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək olaraq kreativ aksiya keçirib.

“Report”un məlumatına görə, aksiya Belçikanın, həmçinin Avropa İttifaqının siyasi paytaxtı olan Brüsseldə baş tutub.

Belə ki, şəxsi təşəbbüsü ilə yük maşını alan həmvətənimiz ona elektron lövhə quraşdıraraq ölkə sakinləri və rəsmilərinə ingilis və fransız dillərində mesaj ünvanlayan lövhə asıb.

“Ermənilər BMT-nin qətnamələrinə əməl etmir”, - şüarda yazılıb. 

Şüarı daşıyan avtomobil Belçika parlamentinin binasının qarşısından BMT-nin ölkədəki mənzil-qərargahının önünədək hərəkət edib.



 





02.10.2020    çap et  çap et