525.Az

Daha 144 nəfərdə koronavirus aşkarlandı: 149 sağalan, 1 ölən var


 

Daha 144 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">149 sağalan, 1 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40.453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38.217 nəfər müalicə olunaraq sağalıb, 594 nəfər vəfat edib, aktiv xəstə sayı 1642 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5248, ötən müddət ərzində isə ümumilikdə 1.126.538 test aparılıb.

 





02.10.2020    çap et  çap et