525.Az

Xalq, dövlət və ordu birliyinin gücü reklam lövhələrində - Foto


 

Xalq, dövlət və ordu birliyinin gücü reklam lövhələrində - <b style="color:red">Foto </b>

Azərbaycan xalqının mətin iradəsi, xalq, dövlət və ordu birliyinin gücü, eləcə də  Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar açıq məkandakı reklam qurğularında nümayiş olunur.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinintəşəbbüsü ilə yüzlərlə reklam lövhəsində belə qürurverici görüntülərin yayımı həyata keçirilir.

Düşmənin məhv edilən döyüş texnikasını əks etdirən videolarla yanaşı, “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir!” və s. şüarları iləyayımlanan plakatların hazırlanmasında və yaymlanmasında əməyi keçən hər bir şəxsə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi adından təşəkkürümüzü bildiririk.

 





02.10.2020    çap et  çap et