525.Az

Köhnə tanışlar: Aydın Məmmədov-( 70 )- 4


 

AYDIN HAQQINDA FRAQMENTLƏR

Köhnə tanışlar: Aydın Məmmədov-( 70 )-<b style="color:red"> 4</b>

abdin[email protected]
tofigabdin.com

SƏHİFƏNİN QONAQLARI YAZIRLAR

İllər öncəsi trafik qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk keçib stolumuzda əyləşirik.İş başlayır demək.Bura Tərcümə Mərkəzidir həm burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir,ötənlər yada düşür yavaş-yavaş xatirələr qımıldanır. Hərə öz bildiyindən danışır. Bu danışıqlar zamanı  həqiqətən rəhmətlik Aydın müəllim hər dəfə xatırlanır onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev adında. Onun da yavaş-yavaş qırışığı açılır Aydın müəllimlə işlədiyi günləri  açıb çözələyir. Mən hər dəfə ona deyirəm ki : kişi bunları qızmaqara elə, ardını mən düzüb qoşaram.Bax neçə illərdi bu beləcə davam edir.Amma ay danışır ha Aydından. Danışmağa var ki... Danışmağa hamı pərgardır.Di gəl yaz e...Keç  kompüterin arxasına yaz ey...  

Şakir Yaqubov

AYDIN MƏMMƏDOVLA SON GÖRÜŞ

(Yaddaşımın küncündən...)

...90- il dekabrın 4-ü, ya 5-iydi. “Kommunistdəki otağımda oturub işləyirdim. Tutqun, sərin havalı bir gündü. Mənsə, adətim üzrə, balaca otağın qapısını yenə aralı qoyub işləyirdim.

Ayaq səsindən  qarşımdakı kağız-kuğuzdan nəzərlərimi ayırıb qapıya tərəf boylananda həmin dövrdə respublikada az qala Əbülfəz Elçibəy qədər, rəsmi dairələrdə isə ondan da çox populyar olan filoloq-tənqidçi Aydın Məmmədovu gördüm. Aramızda 6-7 il yaş fərqi vardı, amma təxminən on beş ildi ki, çayxana tanışı idik: professor Kamil Vəlinin, yazmaqdan daha çox şəbədə qoşmağa meyilli olan xeyli əvvəlUlduzjurnalında çap etdirdiyiÇarpaz bucaqlarhekayəsi ilə tanınan Vidadi Məmmədovun (Vidoşun), “eMVeDeOqtayın (Məmmədovun), can bir qəlbdə olduğum qələm dostum Pərviz Əliyev-Elsevərin, məşhurRoma” – Ramizin, Gənc Tamaşaçılar Teatrının artistləri Niyazi Vahidin tez-tez, şairlər Ramiz Rövşənin Vaqif Bayatlının isə təsadüfdən-təsadüfə yığışdığı Filarmoniya bağındakı çayxanadan.

Ən son görüşümüz 90- il yanvarın... gərək ki, 25-i axşamıKommunistnəşriyyatının mətbəəsində olmuşduməşhur qazax yazıçısı Oljas Süleymenovla qəzet sexinə, təkcəKommunistin növbəti nömrəsinin hazırlandığı sexə gəlmişdi: oradakı işçilərə, mətbəə fəhlələrinə ürək-dirək, öyüd-nəsihət vermək üçün. O  mənada ki, “bu qan yerdə qalan deyil”, “işləmək lazımdır, qəzeti buraxmaq, bu faciəni tarix üçün əbədiləşdirmək lazımdır”...

Aydın elə həminQara yanvarhadisələri ilə bağlı MK-da keçirilmiş hansısa yığıncaqdakı ağıllı, təmkinli, dərin məzmunlu, qeyri-standart nitqi ilə məşhurlaşmışdı, eləcə onunfiloloji təfəkkürifadəsi nəyə desən dəyərdi...

İndi isə 90- il başa çatmaqda idi, sentyabrın 30-da Ali Sovetə seçkilər bizim kim olduğumuzu bir daha özümüzə sübut eləmişdi, məsələn, əvvəlki 45 il ərzində sovet hökumətinə boyun əyməyən ALİM-QƏHRƏMAN Ziya Bünyadovu həmin seçkilərin birinci turundaca (ikinci tur oktyabrın 14- keçirilmişdiŞ.Y.) uduzdurmaqla. “Ölərik, Qarabağı vermərikdeyə-deyə Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini həmin Aydın Məmmədovu daqapı dalındaqoymuşduq. Mən o dövrdə bilavasitə reportyorluqla məşğul olmasam da, redaksiyanınştabınakatibliyə rəhbərlik elədiyim üçün respublikada gedən proseslərə dair məlumatlardan, necə deyərlər, kimin əlinin kimin cibindən çıxmasından yetərincə xəbərdar idim.

...Aydını otağa dəvət elədim, rəsmi hal-əhval tutduq gəlişinin səbəbini soruşdum, əli ilə yuxarı mərtəbəyə işarə edərək:

Vaqifin yanına gəlmişdim, – dedi.

Heç yadımda deyil ki, səbəb nəydi: saat təxminən 11 olardı, adi, qeylü-qalsız günü idi, amma redaksiyada son dərəcə az adam vardı, Vaqif, yəni Bəhmənli Vaqif beşinci mərtəbədə otururdu, mən isə üçüncüdəbu qədər məsafədə məskən salmağa Aydın özünə bab olan bir otaq-adam tapa bilməmişdi.

Vaqiflə... xeyirdimi, – çəkinə-çəkinə soruşdum. Onacan həmişə odlu-odlu, əl-qolunu ölçə-ölçə danışan gördüyüm Aydın çox sönük tərzdə, hətta mən deyərdim ki, ümidsizcəsinə:

Özüynən sözləşmişdik, məndən yazasıydı, – dedi.

Mən anladım: bir sıra dairələr üzrə Ali Sovetdə boş qalan deputat yerlərinə dekabrın 16-da təkrar seçkilər keçiriləcəkdi, Aydın da sentyabrın 30-da keçmədiyi dairənin əvəzinə yeni dairədənNərimanov rayonundakı 37 nömrəli Cıdır seçki dairəsindən namizədliyini irəli sürmüşdü o düşüncədəydi ki, əgərKommunistqəzetində onun haqqında yazı verilmiş olsa, yəqin ki, bu, onun namizədliyinin ən yüksək səviyyədə dəstəkləndiyinin göstəricisi olacaq xalq deputatı (o vaxtkı seçkilərdə parlament üzvlərinin rəsmi statusu belə idiŞ.Y.) seçilməsinə ağıllı-başlı yardım edəcək. Həmin an mən bu məqama sidq-ürəkdən şübhə eləsəm , bunun əksini düşünənlər xeyli çoxuydu görünür, elə Aydın da onlardan biriydi.

Mən düşündüyümü dilimə gətirdim:

Sənə yazı?! Nəyin varsa, göz qabağındadır, daha səni seçməyib bəs kimi seçəcəklər?

Aydın hər halda mənim bu redaksiyada həlledici söz sahiblərindən biri olduğumu sanki bu sözlərlə Vaqifin yazısına mane olacağımı zənn edərək ümidsizcəsinə:

Baxma da, yazı da bir dəstəkdir, hər halda xeyri olmamış olmaz, – dedi.

Necə deyərlər, daha uzatmağın yeri deyildi, həm bir daha təkrar edirəm ki, Aydının həmin andakı çarəsizlik əhval-ruhiyyəsi məndən mövzunu qapatmağı tələb edirdi. Ona görə qətiyyətlə dedim:

Sən arxayın ol, Vaqif gələn kimi ona çatdıraram, tapşıraram ki, işi sürətləndirsin. Tərtibatına isə bacarığımız dairəsində maya qoyarıq”...

Görünür, həqiqətən mənim otağımda oturmağın mənasızlığını başa düşərək xudahafizləşib getdi.

...Vaqif Bəhmənlinin deputatlığa namizəd Aydın Məmmədov barədə o yazını yazıb-yazmadığını xatırlamıram. Amma Aydın dekabrın 16-da xalq deputatı adını qazandı...

1991-ci il fevralın 5- Ali Sovetin birinci sessiyası açıldı. Aydın ilk gündən məntiqli çıxışlarıyla yenə önə çıxdı, parlamentin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri seçildi ...

Deputatlığı cəmi iki ay yarım çəkdiaprelin 19-da elm siyasət üzrə həmkarı Dilarə xanım Əliyeva ilə ata yurdu Şəkiyə gedərkən avtomobil qəzasında həlak oldu.

Mən isə canlı Aydın Məmmədovun simasında sonuncu dəfə gördüyüm o məhzunluğu, o ümidsizliyi, o yazıqlığı 22 ildir ki, unuda bilmirəm...

AZƏR ABDULLA

ESSEDƏN SƏTİRLƏR

...Dissertasiya işimi rus dilinə çevirməyi Aydın boynuna götürəndə başqa tərcüməçilərlə müqayisədə ödəyəcəyim əmək haqqının daha sərfəli olmasından başqa mənim dissertasiya işimdə qüsur sayılmış bədii üslubumun onun tərcüməsində bir cümlə, bir ifadə, bir sözün belə dəyişdirilib, yaxud əlavə edilib elmi üslubda səslənəcəyini güman etdiyimdən içimdə gizli bir arxayınlıq, sevinc duyurdum. Ancaq dissertasiyamı tərcümə edib mənə verəcəyi ayı, günüdəqiq vaxtı dəfələrlə təyin edib, vaxt bitəndə isə birinci dəfə sözləşirmiş kimi, son dərəcə arxayın soyuqqanlıqla yeni bir müddət təyin edirdi. Müdafiəmin vaxtına lap az qaldığından mən əsəbiləşib onunla mübahisəyə girir, sözləşir, üz-göz olurdum.

Əgər bu dəfə aldatsa, onunla dalaşıb dissertasiyamı geri alacağam” – düşünürdüm.

Akademiyanın beşinci mərtəbəsində uzaqdan mənə sarı gəldiyini görəndə, bu dəfə onun üzünə gülümsəmədim, Ədəbiyyat İnstitutu direktorunun kabeninin önündə ayaq saxlayıb məni gözləyirdi. Ona çatanda soyuqqanlı əlini mənə uzatdı, sonra qoluma girdi: – Qurtarmışam, bir az qalıbbaşıyla direktorun kabinetinəƏziz müəllim çağırıb, bir dəqiqəyə girib çıxıram. Gedək bir yerdə qurtarım verim.

Onun otağında masanın üstündə yazılarımın onun vərəqin yarısınacan elədiyi tərcümə işini yazıb davam etməyə başlayanda bir az toxtadım. Ancaq vərəqi yenicə yazıb doldurmuşdu, qapı açıldı. Moskvadan qonaqların gəldiyi, yenidən direktorun yanına çağrıldığı bildiriləndə o, narazılıqla başını bulayıb sakitcə:

Görürsən dedi. Ayağa qalxıb qapıdan çıxanda: – Otur gəlirəm, darıxma, çətini başlayıncadı, iki günə qurtaracam, – söylədi.

Bundan sonra Aydın hər dəfə bir-birinə bənzəməyən, orijinal səbəblər söyləyib, bir neçə dəyə yenidən vaxt təyin etsə , məni həyəcan narahatçılıqdan qurtara bilmədi. Hər dəfə onun yanından əliboş qayıdanda əsəbiləşir, qanım qaralırgələn dəfə yalançı çıxsaona ağır sözlər söyləmək onunla dalaşmaq, lap yumruq davasına çıxıb münasibətlərimizə son qoymaq ağlıma gəlsə , onunla qarşılaşanda bunları bacarmırdım. Bəlkə səbəbi bir vaxt Yazıçılar BirliyininNatəvanklubunda kürsüyə qalxıb bir nəfəsə söylədiyi dərin məzmunlu, parlaq bir çıxışının, ədəbi jurnallarda oxuduğum bənzərsiz tənqidi, nəzəri, analitik yazılarının, bəlkə inanıb hörmət bəslədiyim alimlərin onun barəsində söylədikləriqeyri-adi təfəkkürü varfikirlərinin, bəlkə birgə yarışdığı dostları, həmkarlarını on üç il irəliqabağa buraxandan sonra gəlib onlara çatması, onları ötməsi, onları çox-çox arxada qoymasının xofu idi məni basan?..

Yox, yox, bunlar deyildi, sonralar, çox sonralar ağlıma gəldi ki, dilimin bağlanmasının əsas səbəbi, yamyaşıl, işıqlı may günü ilanlar qabığından çıxan təkin adamlar isti qış paltarlarını yenicə soyunub quş kimi yüngülləşdiyi, uçmaq istədiyi bir vaxt Sabir bağının yanındakı küçədə qabağımıza çıxıb ruhu bədəndən oynadan gözəllər barəsində şirin-şirin, bir az da yanğı həsrətlə danışa-danışa Nizami muzeyinə sarı sallanarkən, bəlkə məni özünə doğma, məhrəm bilib ürək qızdırdığından, inanıb etibar etdiyindən, onun dediklərini heç vaxt, heç kimə söyləməcəyimə əmin olduğundan (tanışlar, dostlar deyəsən həm bu xüsusiyyətimə görə mənə hörmət edir) içindəki azadlıqdan, demokratik hisslərinin hüdudsuzluğundan, son dərəcə müasir-avropasayağı olmasındandı, özünü məndən yaşadığımız yüzillikdən min il qocaqosqocaman sandığındandır ki, ata-anaya, bacı-qardaşa, dost-sirdaşa belə deyilməsi mümkün olmayan bir intim sirrini asanlıqla, çox asanlıqla, sanki onun həyatına dəxli olmayan bir xəbəri – “sabah havanın yağacağınısakitcə mənə söylədi. Bu vaxtacan heç yerdə, heç kimə demədiyim indən belə heç yerdə, heç kimə deyə bilməyəcəyim həmin sirkin qeyri-adiliyindən çox, onun bu gizli əhvalatı, bu sirri dostu doğması olmayan mənə inanıb etibar etməsi idi. Məncə bu intuisiya, bu fəhm qeyri-adi bu cəsarət Aydın fenomeninin bənzərsiz çalarlarından, komponentlərindən biri idi. Əslində Aydın Məmmədov barəsində yazmaq istədiklərim bunların heç biri deyildi...

26 oktyabr, 2001-ci il

 





27.01.2014    çap et  çap et