525.Az

AYİB Azərbaycan iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb


 

AYİB Azərbaycan iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb <b style="color:red"></b> Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) hazırda davam edən COVİD-19 pandemiyası dövründə Azərbaycan iqtisadiyyatına zərər verə biləcək əsas riskləri açıqlayıb.

Bankın "Regional Economic Prospects" adlı hesabatının sentyabr buraxılışınada çıxan məlumata görə, ölkə iqtisadiyyatı əsasən pandemiyanın yenidən aktivləşməsi və neft bazarının volatilliyi ilə bağlı olan mümkün davamlı aşağı neft qiymətlərinin risklərinə həssasdır.

Hesabatda qeyd edilib ki, xammalların ucuzlaşması karbohidrogen ixracatçısı olan Azərbaycana hiss olunacaq dərəcədə problemlər yaradıb və ölkənin müxtəlif mühüm maliyyə göstəriciləri profisitdən defisitə keçib.
 





02.10.2020    çap et  çap et