525.Az

"Beşbarmaq dağı" Turizm Agentliyinin tabeliyinə verilib


 

"Beşbarmaq dağı" Turizm Agentliyinin tabeliyinə verilib <b style="color:red"></b> Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.

Bu Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarındakı dəyişiklikdə yer alıb.

Qərara əsasən, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə olunub.
 





02.10.2020    çap et  çap et