525.Az

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı


 

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı<b style="color:red"></b> Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək  120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 1-dən oktyabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593,07 AZN və 5102.8 dollar vəsait daxil olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.
 





03.10.2020    çap et  çap et