525.Az

“Düşmən qocaları döyüşə göndərir” - Vaqif Dərgahlı


 

“Düşmən qocaları döyüşə göndərir” -<b style="color:red"> Vaqif Dərgahlı</b>

“Şəxsi heyət çatışmazlığından əziyyət çəkən düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir:
 
"Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq".

 





03.10.2020    çap et  çap et