525.Az

Atəşkəs dövründə öldürülən Azərbaycanın hərbçi və mülki şəxslərinin sayı


 

Atəşkəs dövründə öldürülən Azərbaycanın hərbçi və mülki şəxslərinin sayı<b style="color:red"></b>

“Ermənistan tərəfi heç vaxt atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki şəxslərə və hərbçilərimizə qarşı cinayətlər törədib”.

APA-nın məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, atəşkəs imzalanandan - 1994-cü il may ayının 12-dən indiyə qədər 398 Azərbaycan hərbçisi, 31 mülki şəxs öldürülüb:

“Beləliklə, atəşkəs dövründə ümumilikdə 429 nəfər Azərbaycan vətəndaşı qətlə yetirilib”.

K. Əliyev atəşkəs imzalandıqdan indiyə qədər 1038 hərbiçinin, 69 mülki şəxs yaralandığını, bu rəqəmin ümumilikdə 1107 olduğunu açıqlayıb:

“Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb”.

 





03.10.2020    çap et  çap et