525.Az

"Olimp" MTK-nın sakinləri etiraz aksiyası keçiriblər


 

"Olimp" MTK-nın sakinləri etiraz aksiyası keçiriblər<b style="color:red"></b>

Yanvarın 25- Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani 3068 küçəsində, "Elit" ticarət mərkəzinin arxasında yerləşən "Olimp" mənzil-tikinti kooperativinin binasının sakinləri yaşadıqları ünvanda etiraz aksiyaları keçiriblər. Aksiyada kompleksin bütün sakinləri iştirak edib. Qeyd edək ki, kompleksdə 400-dən çox mənzil var.

Aksiya keçirilən zamanı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri kompleksə gəliblər. Sakinlər illərlə yaşadıqları problemlərdən onlara danışıblar. Sakinlərin sözünə görə, "Olimp" MTK-nın rəhbərliyi bu günə qədər sakinlərin problemlərinə dırnaqarası yanaşırdı, lakin Bakı Şəhər İcra Hakimiyyətinin bu məsələyə müdaxiləsindən sonra MTK rəhbərliyi kompleksdə olan vəziyyətə mövqeyini dəyişib. Kompleksin rəhbərliyi söz veriblər ki, 10 gün ərzində bütün mənzillərə artıq qaz veriləcək bunun üçün lazımi işləri tezliklə görəcəklər.

Bütün bu qanunsuzluqların canlı şahidi olan Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bu məsələni daha dərindən araşdıracaqlarını bu problemlərə tez bir zamanda son qoyacaqlarını vəd etdilər.

Aksiyada iştirak edən kompleksin sakini, Xalq artisti Qəndab Quliyeva: "Biz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova təşəkkürümüzü bildiririk. Bu gün eşitdiyimiz xəbər məhz onun bu işə müdaxiləsindən sonra baş verib. Buna görə biz ona minnətdarıq sevinirik ki, dövlət strukturlarında bu cür xeyirxah, əhalinin problemlərinə biganə yanaşmayan onlar üçün əlindən gələni əsirgəməyən dövlət məmurları çalışır".

Aksiya iştirakçısı, Qarabağ müharibəsi veteranı Cəfər Mustafayev: "Çox sevindirici haldır ki, BŞİH-ni bu məsələyə son qoyacaq. Bizim kompleksimizin həyətində bu gün naməlum yolla tikilən obyektlərə görə həyətin yolları çox daralıb biz narahat idik ki, həyətimizə hər hansı bir problem baş verəcəyi təqdirdə təcili tibbi yardım, yangınsöndürən maşın daxil ola bilməyəcək. BŞİH-nin əməkdaşları bunları görüb söz verdilər ki, bu yollar açılacaq bu, uşaqlar üçün meydançanın əvəzinə tikilən obyektlərə qarşı lazımi tədbirlər görüləcək".

Kompleksin sakini idman ustası, ikiqat dünya çempionu Yaşar Şükürovun sözlərinə görə, dövlət qurumları tərəfindən bu məsələnin həllinə çox köməyi dəyib. "Nəhayət ki, bizim uşaqlarımız üçün həyətdə meydança tikiləcək buna görə biz ölkəmizin Prezidenti cənab İlham Əliyevə çox minnətdarıq. Biz sevinirik ki, problemimizi bu gün aradan qaldıran BŞİH əhalinin problemlərinə çox həssas yanaşır dərhal məsələni həll etməyə çalışır. Vətənimizin gələcəyi olan uşaqlar üçün, onların sağlam böyüməsi naminə çalışan dövlət məmurları var. Çünki Vətənə layiqli övladlar yetişdirmək, onların sağlamlığını qorumaq gələcək inkişafı üçün lazımi şəraitin yaradılması hər bir azərbaycanlının borcu arzusudur. Buna görə bu məsələnin tezliklə öz həllini tapacağını vəd edən BŞİH- dərin təşəkkürümüzü bildiririk".

Həqiqətən "Olimp" MTK-nın sakinləri bu günə kimi bu gün çox çətin şəraitdə yaşayırlar. Təbii ki, qazsız, həyətsiz təhlükəsiz şəraitdə yaşamaq asan deyil. Lakin bu gün onların şikayət xahişləri cavabsız qalmayıb yaxın gələcəkdə bütün problemlər öz həllini tapacaq.

İskəndər QULİYEV

 





28.01.2014    çap et  çap et