525.Az

Türkiyə Silahlı Qüvvələrindən Azərbaycana poetik dəstək


 

Türkiyə Silahlı Qüvvələrindən Azərbaycana poetik dəstək<b style="color:red"></b>

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla bağlı yen həmrəylik mesajı paylaşıb.

AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, bu dəfə Azərbaycan Ordusuna poetik misralarla dəstək verilib. Şeirin təqdim olunan bəndi belədir:

Eşqimiz, sevdamız könlümüzdədir bizim,

Dərdimiz, diləyimiz dərindədir bizim,

Taleyimiz bir yazılmış ağ alnımıza,

Gücümüz, irfanımız birliyimizdədir bizim!

“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib.

 





04.10.2020    çap et  çap et