525.Az

“Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb”


 

“Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb”<b style="color:red"></b>

“Ermənistanın siyasi-rəhbərliyinin Azərbaycana qarşı müharibə cinayətləri davam etməkdədir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə “Smerç” və “Toçka-U” sistemlərindən istifadə etməklə zərbələr endirilib, ölən və yaralananlar var:

“Bu, düşünülmüş hərbi strategiyadır, mülki obyektlər hədəf alınır. Son günlər Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb”.

 





04.10.2020    çap et  çap et