525.Az

“Rəsmi Moskva Ermənistanın Gəncə təxribatını yaxşı başa düşür”


 

“Rəsmi Moskva Ermənistanın Gəncə təxribatını yaxşı başa düşür”<b style="color:red"></b>

“Ermənistan tərəfindən Azərbaycanın Gəncə şəhərinin raketlərlə bombalanmasının bir neçə məqsədi var”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, ilk olaraq, Ermənistan rəhbərliyi bu şəkildə Azərbaycanın hərbi aviasiyasına zərbə endirmək istəyib.

“Bununla Ermənistan hava məkanında vəziyyəti öz xeyrinə dəyişmək məqsədi güdürdü. İkinci məqsəd isə əsasdır və siyasi xarakter daşıyır. Nikol Paşinyan Rusiyanı Ermənistan tərəfində müharibəyə cəlb etmək istəyir. Bunun üçün Rusiyadakı erməni lobbisi böyük informasiya kampaniyasına başlayıb. Ermənilər Rusiya ilə ikitərəfli müqaviləni və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki müqaviləni nəzərdə tutublar. Onlar çox yaxşı bilirlər ki, Rusiya ilə ikitərəfli müqavilə və KTMT müqaviləsinin Dağlıq Qarabağ və ətraf rayonlarda gedən hərbi əməliyyatlara heç bir dəxli yoxdur. Ona görə də, Ermənistan Gəncə və digər şəhərlərə raket zərbələri endirməklə Azərbaycanı Ermənistan ərazisindəki hərbi obyektləri bombalamaq üçün təxribata çəkmək istəyir. Bununla da Rusiyanı təzyiq altında, ikitərəfli müqavilənin şərtlərinə əməl etməyə məcbur etmək istəyir. Üçüncü məqsəd isə Türkiyəni müharibəyə cəlb etməkdir. Ona görə də, əvvəlcədən erməni lobbisi Rusiyanın informasiya məkanında Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün keçirdiyi hərbi əməliyyatları Azərbaycan-Ermənistan müharibəsi deyil, Türkiyənin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq planı kimi böyük kampaniyaya başlamışdı. Lakin rəsmi Moskva bunun təxribat olduğunu yaxşı başa düşür və Paşinyanın bu cəhdləri mənfi reaksiya ilə qarşılanır. Rusiyada yaxşı başa düşürlər ki, biriləri rusiyalı gənclərin həyatı ilə oynamaq istəyir. Özləri isə Sorosun yanına gedirlər, anti-Rusiya şüarları səsləndirirlər”, - deyə rusiyalı siyasi ekspert vurğulayıb.

 

 

 





04.10.2020    çap et  çap et