525.Az

"Gəncəni, dinc əhalini atəşə tutmaq Ermənistanın terrorçu mahiyyətidir"


 

"Gəncəni, dinc əhalini atəşə tutmaq Ermənistanın terrorçu mahiyyətidir"<b style="color:red"></b>

Təcavüzkar Ermənistan hərbi meydanda uğursuzluğa düçar olduqca daha da aqressivləşir. Əslində Ermənistanın 30 ilə yaxın zaman kəsiyində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi ilə hazırda dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etməsi bir-birini tamamlayan cinayətlərdir. Digər ətraf bölgələrdə olduğu kimi, Gəncəni, dinc əhalini Ermənistan ərazisindən atəşə tutmaq bu forpostun terrorçu mahiyyətidir. Bu hərəkətlər beynəlxalq səviyyəli cinayətdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Dünya ictimaiyyətini, eləcə də ATƏT-in Minsk Qrupunu ikiüzlülükdə ittiham edən H.Kılıç deyib:

“Ermənistan və havadarlarının Azərbaycanın dinc əhalisinə, mülki şəxslərin evlərinə atəş açmaqda məqsədi Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün başladığı zəfər hərəkatını dayandırmaqdır. Düşmən hələ də başa düşmək istəmir ki, Azərbaycan xalqı heç bir halda işğal faktının davam etməsini qəbul etməyəcək. Düşmən mülki azərbaycanlıları hədəf aldıqca Azərbaycan xalqı daha mütəşəkkil olaraq Prezident İlham Əliyevin ətrafında birləşib müzəffər Ordusuna dəstək verəcək. Artıq Azərbaycanda hər kəs, hər bir vətəndaş müsəlləh əsgər ruhunda Qarabağın işğaldan azad olunması prosesinə qoşulub”.

 





05.10.2020    çap et  çap et