525.Az

Madagizin Suqovuşan adlandırılması MM-in iclasının gündəliyinə salınıb


 

Madagizin Suqovuşan adlandırılması MM-in iclasının gündəliyinə salınıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq.

APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi parlamentin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunur.

 

 





05.10.2020    çap et  çap et