525.Az

"Bu, açıq-aşkar Ermənistanın çarəsizliyinin göstəricisidir"


 

"Bu, açıq-aşkar Ermənistanın çarəsizliyinin göstəricisidir"<b style="color:red"></b>

"Ermənistan tərəfindən uzaqmənzilli raketlərdən istifadə münaqişənin daha da gərginləşməsinə xidmət edən amillərdən biridir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu raketlərin trayektoriyasına baxılmalıdır:

“Həmin raketlərin məsafəsi və trayektoriyası onların Xızıya qədər gəlib çıxdığını göstərir. Bu, açıq-aşkar Ermənistanın acizliyinin, çarəsizliyinin göstəricisidir. Bu kimi təxribatlara Ermənistan tərəfindən öz uğursuzluğunu ört-basdir etmək üçün əl atılır".

 





05.10.2020    çap et  çap et