525.Az

Mərhum gənc yazar Zərdüşt Şəfizadə yad edildi- Fotolar


 

Mərhum gənc yazar Zərdüşt Şəfizadə yad edildi- <b style="color:red">Fotolar</b>

"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi mərhum gənc yazar Zərdüşt Şəfizadəni andı

"Yeniufuq.org"-un verdiyi məlumata görə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Yazarlar ilə Görüş” layihəsi çərçivəsində mərhum gənc yazar Zərdüşt Şəfizadənin həyat və yaradıcılığına həsr edilən tədbir keçirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirbəhram Əzimbəyli mərhum yazar Zərdüşt Şəfizadənin qısa ömür sürməsinə baxmayaraq, dolğun və örnək ola biləcək həyat yaşadığını diqqətə çatdırıb. O, gənc yazarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə mərhum gənc yazar Zərdüşt Şəfizadə ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid mərhum yazarın həyat eşqindən və ölümə qarşı necə məğrur olmasından geniş söz açıb.

Tədbirdə gənc yazarın əmisi Xanlar Şəfizadə çıxış edərək, Zərdüşt Şəfizadəyə göstərdikləri diqqətə görə ailəsi adından tədbirin təşkilatçısı olan “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə təşəkkür edib.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Zərdüşt Şəfizadənin üstün əxlaqi keyfiyyətlərindən danışıb.

Tədbirdə ədəbi tənqidçi Seyfəddin Hüseynli, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədr müavini Xanım Qasımova, gənc yazarlar Rəbiqə Nazimqızı, Günel Xəzəl, Seyid Ramin və digərləri çıxış edərək, Zərdüşt Şəfizadə ilə bağlı fikir və xatirələrini bölüşüblər.

 





28.01.2014    çap et  çap et