525.Az

Erməni təxribatları nəticəsində 28 nəfər ölüb, 144 nəfər yaralanıb


 

Erməni təxribatları nəticəsində 28 nəfər ölüb, 144 nəfər yaralanıb<b style="color:red"></b>

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb.

Bundan başqa, 66 mülki obyekt və 427 yaşayış evi yarasız hala düşüb.

 





07.10.2020    çap et  çap et