525.Az

Nəsiman Yaqublu dünya alimlərinə müraciət etdi


 

Nəsiman Yaqublu dünya alimlərinə müraciət etdi <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu dünya alimlərinə müraciət edib.

Müraciətdə deyilir:

Obyektiv tədqiqatçı mövqeyinizə sayğılı yanaşmam, şəxsi münasibətlərimizdəki səmimilik və qarşılıqlı inambu müraciəti Sizə ünvanlamağa əsas verdi.

Məlumunuz olduğu kimi, 30 ilə yaxındır ki, Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə təcavüzü davam etməkdədir. Bu müddət ərzində yüzlərlə günahsız insanımız qətlə yetirilmiş, xalqımıza qarşı XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı törədilmiş, minlərlə vətəndaşımız doğma yurdlarını tərk edərək öz vətənində məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir. İşğalda saxlanılan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda  yaşayış evləri erməni silahlıları tərəfindən vəhşicəsinə dağıdılmış, infrastrukturlar, bəşər mədəniyyətinin zənginləşməsində ciddi töhfələri olan maddi-mədəniyyət abidələrimiz məhv edilmişdir.

Ermənilərin bu işğalçı siyasəti xalqların azad və sülh şəraitində yaşamasına mane olmaqdadır.

Ermənistan Respublikası  bu günə qədər işğal etdikləri Azərbaycan torpaqlarının  azad edilməsi ilə bağlı BMT-nin müvafiq 4 qətnaməsinə əhəmiyyət verməyərək beynəlxalq hüquq normalarını pozmaqda davam etməkdədirlər.

Narahatlıq yaradan başlıca məqamlardan biri ermənilərin Azərbaycan xalqının öz torpaqlarını azad etmək cəhdini müsəlman-xristian toqquşması kimi dünya ictimaiyyətinə çatdırmasıdır.Təsdiq olunmuş faktdır ki,  ölkəmizdə  yaşayan bütün xalqlar eyni hüquqa malikdir, Azərbaycanda  tolerantlıq mövcuddur və bütün xalqlara və dinlərə sayğılı yanaşılır.

Ermənilər bilərəkdən və qəsdən ictimaiyyəti çaşdırır, erməni alim və tədqiqatçıları isə “araşdırmaları”nda tarixi həqiqəti saxtalaşdırır, müxtəlif ölkələrdəki diaspor və lobbi təşkilatlarının köməyi ilə kütləvi informasiya vasitələrində yalan və böhtan xarakterli məlumatlar yayırlar.

Bu gün Azərbaycan xalqı 30 illik erməni işğalı ilə barışmayaraq  öz torpaqlarını təcavüzkar erməni silahlı dəstələrindən azad etməkdədir.

İnanırıq ki, Siz Azərbaycan xalqının  öz ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəkləməklə ermənilərin saxta təbliğatlarının qarşısını alacaq, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdıracaq, xalqlar və millətlər arasında ayrılıq, irqçilik, separatizm yayanları pisləyəcəksiniz! 

Hörmətlə,
tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru  Nəsiman Yaqublu

Müraciət ünvanlanır:

1. Yan Malitski

professor, Polşa Respublikası, Şərqi Avropa Araşdırmaları İnstitutu  

2.Audrey Altstadt

professor, ABŞ, Massaçuset Universiteti 

3. Salavat İsakov

tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyası,

Rusiya Tarixi İnstitutu 

4. Georgi Mamuliya

tarix elmləri doktoru, Fransa İctimai Elmlər Ali Məktəbi 

5. Valentina Piskun

tarix elmləri doktoru, Ukrayna Elmlər Akademiyası M.S.Qruşevski adına

Ukrayna Arxeologiya İnstitutu

6. Baxyıt Sadıqova

siyasi elmlər doktoru, Qazaxıstan, Alma-Ata şəhəri

7. Hiroaki Kuromiya

professor, ABŞ, İndiana Universiteti

8. Pavel Libera

tarix elmləri doktoru, Polşa Respublikası, Yeni Aktlar Arxivi

9. Komar Volodimir Leonoviç

tarix elmləri doktoru, professor, Vasili Stefanik adına Prikarpat Milli Universiteti

10. Marek Kornat

professor, Polşa Elmlər Akademiyası Tarix İnstitutu

11. Marzena Kruk

Polşa Respublikası, Milli Yaddaş İnstitutu  Arxivi

Qeyd: Bu müraciət ingilis dilində alimlərin elektron ünvanlarına göndərilib.

 





07.10.2020    çap et  çap et