525.Az

Heydər Əliyev Fondu Peşəvərə yardım göndərdi


 

Heydər Əliyev Fondu Peşəvərə yardım göndərdi<b style="color:red"></b> Daşqın Şikarov: “Bu yardımlar ənənə halını alıb”
 
Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun (XGF)  göz klinikasında Heydər Əliyev Fondunun  Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə inşa edilən kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, XGF-da təşkil olunan mərasimdə Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan, Pakistan Senatının yayım və informasiya  komitəsinin sədri, İslam dövlətlərinin ticarət və sənaye palatalısının Vitse-Prezidenti senator Hacı Qulam Əli, Xayber Paxtunxva əyalətinin parlamentinin deputatları, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.
 
Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun Prezidenti M. Əliyevanın Azərbaycanda  və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumatlar verərək bildirilib ki, fond tərəfindən, Pakistanda keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində  Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi təşkil edilmiş, açıq ürəkdə əməliyyatlar aparılıb, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, həmçinin,  2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr həyata keçirilib.
 
Peşəvar şəhərində təşkil olunan tədbirdə çıxış edən XGF-nun  idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Can M. Əliyevanın XGF-na  göstərdiyi diqqətə görə dərin minnətdarlığını bildirərək vurğulayıb ki, Mehriban xanımının əyalətin imkansız təbəqəsinə göstərdiyi bu diqqət onun humanistliyinin, islam dəyərlərinə sadiqliyin həmçinin iki xalq arasında məhəbbətinin göstəricisidir. Daha sonra o, başçılıq etdiyi Fondun fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək deyib ki, müasir avadanlıqlarla təchiz olunmuş  klinikada Pakistanın aparıcı oftalmoloqları çalışır və burada minlərlə imkansız pasiyentlərə pulsuz xidmət göstərirlər. 
 
Pakistan Senatının yayım və informasiya  komitəsinin sədri, İslam dövlətlərinin ticarət və sənaye palatalısının Vitse-Prezidenti senator Hacı Qulam Əli Pakistan –Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirərək, Azərbaycanın Pakistan xalqına  dən danışıb. Azərbaycana iki dəfə səfər etdiyini deyən senator, Azərbaycan xalqının Pakistan xalqına qarşı olan səmimi qardaşlıq münasibətinin əyani şahidi olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərinin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Senator, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirərək, bildirib ki, M. Əliyevanın təşəbbüsü və dəstəyi ilə  Pakistanın bütün əyalətlərində həyata keçirilən layihələr iki qardaş xalq arasındakı münasibətləri daha da möhkəmləndirmiş, pakistanlıların yaddaşında silinməz izlər buraxıb.
 
Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları XGF, yeni inşa olunan gözləmə otaqları ilə tanış olub, orada müayinədən keçən pasiyentlərə baş çəkib.
 
Daha sonra Səfir D. Şikarov XGF-nun idarə heyətinin sədri H. M. Həlim Cana 33 adda dərman ləvazimatları və xəstəxanaya maddi yardım təqdim edib.
 





29.01.2014    çap et  çap et