525.Az

"O Torpaq" - Fikrət Qocanın şeiri


 

"O Torpaq" - <b style="color:red">Fikrət Qocanın şeiri </b>

Torpaq acgözlüyü eyləyənlərin
Ruhunu zülmətlə örtər O Torpaq.
Vətən torpağını qoruyanların,
Alnından, gözündən öpər O Torpaq.
Dünyada Torpağa Anamsan deyən
Hər kəsə, hamıya yetər O Torpaq.
Torpağın üstündə kinlə yaşarsan,
Ayağı altından itər O Torpaq.
Qonşu torpağını zorla alanı
Kül eylər, üstündə bitər O Torpaq!
Yaşarsan, görərsən gələndə vaxtı...
Hər kəs O Torpaqdı - O Qarabağdı!

03.10.2020

 





07.10.2020    çap et  çap et