525.Az

Silahlı Qüvvələrə Yardım Fonduna Milli Kitabxana və Aşıqlar Birliyindən ianə


 

Silahlı Qüvvələrə Yardım Fonduna Milli Kitabxana və Aşıqlar Birliyindən ianə<b style="color:red"></b>

Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribat xarakterli hücumlarına layiqli cavab verərək Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsi, torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi hər bir vətəndaşımızın qəlbində böyük sevinc və iftixar hissi oyadıb.
 

Bu, erməni işğalı altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcəyinə inamı daha da artırıb. Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpası uğrunda döyüşən rəşadətli ordumuza dəstək hər bir azərbaycanlının müqəddəs borcudur.

Buna görə Azərbaycan Milli Kitabxanası ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna kitabxananın əməkdaşlarının könüllü iştirakı ilə 41 459 manat vəsait köçürüb. Milli Kitabxana xalqımızın qürur yeri olan Azərbaycan ordusunun daim yanındadır.

Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu  bildirib ki, ordumuzun zəfər yürüşünə və apardığı haqq mübarizəsinə dəstək olaraq Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna 1000 (min) manat vəsait köçürüb.

 





07.10.2020    çap et  çap et