525.Az

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan ordumuza dəstək


 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan ordumuza dəstək <b style="color:red"></b>

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz işğal olunmuş Qarabağ torpaqlarımızda uğurlu döyüş əməliyyatları apararaq otuz ilə yaxın davam edən həsrətə son qoymaqdadır. Ard-arda gələn qələbələr hər bir azərbaycanlıda böyük qürur və sevinc hissləri yaradır.

Ordumuza dəstək olmaq məqsədilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 10000 manat vəsait köçürüb.

Ədəbiyyatşünas alimlər ordumuzun qələbəsinə inanır və ona dəstək verir.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

 





07.10.2020    çap et  çap et