525.Az

Hava şəraiti kəskinləşəcək


 

Hava şəraiti kəskinləşəcək<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində hava şəraitinin kəskinləşəcəyi barədə xəbərdarlıq yayıb.
 
ETSN-in Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gündən-günə kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.
 
Havanın temperaturunun Bakı və Abşeron yarımadasında yanvarın 30-da axşam və  yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var.
 
Yollar buz bağlayacaq.
 





29.01.2014    çap et  çap et