525.Az

Avropa Birliyinin nümayəndəliyinin rəhbəri cəbhədə vəziyyətin gərginləşməsinə münasibət bildirib


 

Avropa Birliyinin nümayəndəliyinin rəhbəri cəbhədə vəziyyətin gərginləşməsinə münasibət bildirib<b style="color:red"></b>

“Son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliyi təəssüf hissi ilə qarşılayırıq.

Avropa Birliyi bu məsələni daim diqqət mərkəzində saxlayır”.
 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.
 
O, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarılmasında AB-nin Azərbaycana yardım etməsi məsələlərin müzakirə olunduğunu bildirib.
 
“Münaqişənin həllinə ilk növbədə ATƏT-in Minsk qrupu yardım etməlidir. Biz bu məsələ üzrə təyin olunmuş həmsədrlərlə görüşürük. Avropa Birliyi tərəflərin və həmsədrlərin təkliflərini dinləməyə hazırdır”, - deyə səfir qeyd edib.

 





29.01.2014    çap et  çap et